Yevlax rayonu Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla bələdiyyənin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 2013-2018-ci illər üzrə poçt və bank filiallarından nağd qaydada alınmış pul vəsaitlərindən 63 min manatın təsərrüfat xərcləri kimi sənədləşdirilmədən və təsdiqedici sənədlər olmadan məxaric silinməsi, bələdiyyə tərəfindən müxtəlif hüquqi şəxslərə satılmış torpaq sahələrinə görə 109 min manatın bələdiyyənin hesabına köçürülməməsi, həmçinin bələdiyyənin büdcəsində olan külli miqdarda pul vəsaitinin müxtəlif korrupsiya sxemlərindən istifadə edilməklə mənimsənilməsi nəticəsində ümumilikdə 259 min manat məbləğində ziyan vurulması müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Azərbaycanda vəzifədə çalışmış qadına cinayət işi açıldı
Azərbaycanda vəzifəsini itirən sabiq sədrə cinayət işi açıldı
Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı
“Rabitəbank”ın əməkdaşı həbs edildi
Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi başladı
SON DƏQİQƏ: Vəzifəli qadın HƏBS EDİLDİ: 350 minlik mənimsəmə...
Saxta vaksin sənədi ilə bağlı cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI
Azərbaycanda bağça müdirinə cinayət işi açılıb
Bu şəxslər barəsində cinayət işi açıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 