AMEA Mərkəzi Elmi Kitabxanasından ONN media -ya verilən məlumata görə, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin I katibi Akbota Mussabayeva AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət edib. MEK-in direktoru, professor Məmməd Əliyev qonağı kitabxanada görməkdən məmnunluğunu ifadə edib. Kitabxananın fəaliyyəti və tarixi ilə bağlı qonağa ətraflı məlumat verən Məmməd Əliyev, rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətindən və bu fəaliyyətin nəticəsi olaraq bir çox xarici ölkələrlə kitab mübadiləsi barədə qurduqları əlaqələrdən danışıb. Qonaq Akbota Mussabayeva göstərdiyi diqqətə görə MEK-in direktoru, professor Məmməd Əliyevə minnətdarlığını bildirib və gətirdiyi kitabları MEK-ə təqdim edib. Əsasən rus və ingilis dillərində olan həmin kitablarda Qazaxıstan dövləti, coğrafiyası, müasir şəhər arxitekturası, tarixi və digər mənbələr yer alıb. Həmçinin görüşdə Qazaxıstan Respublikasında fəaliyyət göstərən akademik kitabxanalarla birgə əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və yaxın zamanlarda bu əməkdaşlığın reallaşdırılması ilə bağlı qərar qəbul edilib.
Akbota Mussabayeva AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət etdi



Mərkəzi Elmi Kitabxanaya yeni direktor TƏYİNATI
Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək
Berlin Humboldt Universitetinin professoru Klaudia Luks MEK-i ziyarət edib
Ramiz Mehdiyev yeni direktor təyin etdi
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
AMEA-da prezident seçkiləri keçiriləcək
AMEA-da BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza ilə görüş keçirilib
Məmməd Salmanov işdən AZAD EDİLDİ
Mərkəzi Elmi Kitabxanada yeni şöbə yaradıldı
AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb
MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi
AMEA-da bəzi kadr təyinatları oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 