AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 2019-cu ilin yanvar ayı ərzində MEK-ə daxil olan sənədlərin təqdimatını keçirib. Tədbirdə AMEA-nın alimləri, MEK əməkdaşları və oxucular iştirak edib. Mərkəzi Elmi Kitabxanadan ONN media -ya verilən məlumata görə, tədbirdə Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva təqdimatla çıxış edərək yanvar ayı ərzində kitabxanaya daxil olan sənədlər haqqında məlumat verib. Ötən ay kitabxanaya 2 mindən çox məcburi nüsxə, hədiyyə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə kitab, jurnal, qəzet və elektron resurslar daxil olduğunu bildirib. Təqdimatçı MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsindən danışıb.
Tədbirdə iştirak edən AMEA Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru Mahmizər Mehdibəyova, filologiya üzrə elmlər doktoru Salidə Şəmmədqızı, Xədicə İsgəndərli, ADİU-nun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərova, AMEA Folklor İnstitutunun əməkdaşları Vüsal Səfiyeva və Aynur Qəzənfərqızı təqdim edilən sənədlərin elmi əhəmiyyətindən söz açıblar. MEK tərəfindən keçirilən təqdimatların oxu mədəniyyətinin təbliği baxımından faydalı olduğunu söyləyiblər.
Tədbirdə həmçinin kitab müəllifləri və nəşriyyat evləri tərəfindən yeni nəşrlərin elektron versiyasının da MEK-ə təqdim edilməsinin zəruriliyi vurğulanıb.



Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib
AMEA-nın Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
AMEA-nın prezidenti akademiyanın gənc alim və mütəxəssisləri ilə görüşüb
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu - FOTOLAR
AMEA-da bəzi kadr təyinatları oldu
Bu institutlara yeni təyinatlar olub
Ramiz Mehdiyev yeni direktor təyin etdi
Elm Tarixi İnstitutu "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirib
AMEA-da "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib
Orfoqrafiya lüğətinin siqnal nüsxəsi çapdan çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 