Samuxda oğlan 17 yaşlı qızı evlənmək məqsədilə qaçırıb.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
İddia edilir ki, 10-cu sinif şagirdinin özündən böyük şəxslə ailə daxilində keçirilən mərasimlə dekabrın 28-də nişanı olub. Daha sonra oğlan qızı gəzmək adı ilə görüşə çağıraraq qaçırıb.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu ilə əlaqə saxladıq.
ONN media -ya açıqlama verən komitə rəsmisi faktı təsdiq edib:
“Belə bir hadisənin baş verdiyi barədə sosial şəbəkədə yayılan məlumatlar əsasında komitə tərəfindən araşdırma aparıldı və fakt təsdiqini tapdı.
İlkin məlumatlara görə, dekabrın 28-də Samux rayonu Qarayeri qəsəbə sakini 10-cu sinif şagirdi olan 17 yaşlı B.T ailələrin razılığı ilə nişanlanıb. Daha sonra nişanlandığı Samux rayonu Yenikənd sakini tərəfindən qaçırılıb. Hazırda şəxsin kimliyi müəyyənləşdirilir. Məsələ ilə bağlı aidiyyəti üzrə Samux Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya məlumat verilib. Hər iki tərəfin valideynləri məsələ ilə bağlı Samux Rayon İcra Hakimiyyətinə dəvət olunublar. Eyni zamanda hadisə barədə hüquq-mühafizə orqanlarına da məlumat verilib. Bütün zəruri tədbirlər görülür, məsələ komitənin nəzarətindədir”.



Azərbaycanda 13 yaşlı qız ərə verilib? - AÇIQLAMA
Mingəçevirdə ŞOK- 18 yaşlı oğlanlar 21 yaşlı qızı...
Samuxda FACİƏ: 12 yaşlı uşaq boğularaq öldü
Yevlaxda ata 4 yaşlı ögey övladına işgəncə verdi
Mətanət İsgəndərlinin oğlunun əməlləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Dövlət komitəsi: 16 yaşlı ana xəstəxanaya aparılanda vəziyyəti ağır olub
Komitə azyaşlını evdə tək qoyan ailəni nəzarətə götürdü
Azərbaycanda 15 yaşlı qız qaçırıldı
Azərbaycanda 15 yaşlı qızı ərə verdilər - İŞƏ POLİS QARIŞDI
Azərbaycanda ŞOK OLAY: 14 yaşlı qız 38 yaşlı kişi ilə...
Samux rayonunda MÜƏMMALI İNTİHAR
Bakıda baxımsız qalan 2 uşaq nəzarətə götürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 