Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir. ONN media Baş Prokurorluğa istinadən xəbər verir ki, belə tədbirlərdən biri kimi Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmiş Xələfzadə İbrahim Etibar oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın həmin məhkəmədən daxil olmuş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Aparılmış araşdırmalarla qeyd edilən vəzifədə işləyərkən İbrahim Xələfzadənin məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsinə köməklik göstərilməsi barədə yalan vəd verərək həmin şəxslərin yaxın qohumundan 2020-ci ilin may-noyabr ayları ərzində Bakı şəhərində müxtəlif ünvanlarda ümumilikdə 80 min manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etməsinə, eləcə də qeyd olunan hərəkətləri etməklə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb. 12 fevral 2021-ci il tarixdə Xələfzadə İbrahim Etibar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
SON DƏQİQƏ: Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli əməkdaşı həbs edildi



Azərbaycanda daha bir məmur həbs edildi - BU SƏBƏBƏ
Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
Külli miqdarda pul mənimsəyən şəxs ƏLƏ KEÇDİ
Azərbaycanda daha bir "vəzifəli şəxs" HƏBS EDİLDİ
Azərbaycanda vəzifəli şəxsə CİNAYƏT İŞİ AÇILDI
Azərbaycanda bir neçə yüksək vəzifəli şəxsə CİNAYƏT İŞİ AÇILDI
Rüşvət alan daha bir vəzifəli şəxs QANDALLANDI
Azərbaycanda dələduz "prokuror" həbs olundu
Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı — RƏSMİ
Azərbaycanda daha bir vəzifəli şəxsə CİNAYƏT İŞİ açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 