Dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir. Baş Prokurorluqdan verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəis müavini vəzifəsində çalışan Bağırov Ramil İxtiyar oğlu və “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin Qaz Paylayıcı Stansiyasının operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış ilkin araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 min 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən edildiyindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI



“Azəriqaz”dan MÜHÜM ÇAĞIRIŞ
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
SON DƏQİQƏ: Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli əməkdaşı həbs edildi
Azərbaycanda daha bir vəzifəli şəxsə CİNAYƏT İŞİ açıldı
Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı
Daha bir vəzifəli şəxs barəsində cinayət içi açıldı
Azərbaycanda daha bir VƏZİFƏLİ ŞƏXSƏ cinayət işi açıldı
Azərbaycanda daha bir məmur həbs edildi - BU SƏBƏBƏ
Kürdəmir icra başçısının aldığı rüşvətlər MƏLUM OLDU
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 