Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verilib. ONN media xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub. Nazir Sahil Babayev bu barədə əmiri bir neçə gün əvvəl imzalayıb. Mehdi Kamal oğlu Abdullayev 1980-ci ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Dövlət Dillər Universitetinin tərcümə fakültəsini bitirib. Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib. Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda çalışıb. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub. 2005-ci ildə "Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. 5 iyun 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib. 2010-cu ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. 2016-cı ildə o, tutduğu vəzifədən azad olunub. Mehdi Abdullayev həm də AMEA Şərqşünaslıq İnstititunun direktoru, millət vəkili Gövhər Baxşəliyevanın oğludur. / BakuPost
Kamal Abdullanın oğluna yüksək vəzifə verildi



İlham Əliyev nazir müavini təyin etdi
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Prezidentin yüksək vəzifə verdiyi Azad Cəfərli kimdir? - DOSYE
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Prezident bu şəxslərə yüksək vəzifə verdi
Anar Kərimov ona YÜKSƏK VƏZİFƏ verdi
Novruz Məmmədov YENİ İŞ YERİNDƏ
Saatlıya icra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Prezidentin yeni təyin etdiyi başçı kimdir?- Dosye
Nazirdən yeni təyinat
İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 