Hidrometeroloji proqnozlara əsasən qarşıdakı bir neçə gün ərzində ölkə ərazisində qeyri-sabit və şaxtalı hava şəraiti gözlənilir. Bu günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən ONN media -ya verilən məlumatda istehlakçıların diqqətinə çatdırılır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərinddə quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır. Bu günlərdə “Azərsu” ASC-nin xidmət sahələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəaliyyət göstərən 955 “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər. Abonentlərin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir.
"Azərsu"dan əhaliyə VACİB MÜRACİƏT



Su ilə bağlı vətəndaşlara MÜHÜM MÜRACİƏT
“Azərsu” elan etdi: su pulu belə hesablanacaq
Su sayğacları ilə bağlı araşdırmalara dair qərar qəbul edilib - RƏSMİ
Bu ərazidə su olmayacaq
Sabah bu rayonda su olmayacaq
Quba ərazisi susuz qaldı- SƏBƏB NƏDİR?
Bakıda suyun verilmə qrafiklərində dəyişikliklər edilir
Qaz, su və işıq borca görə kəsilə bilərmi? - AÇIQLAMA
Sabah Bakının bu rayonunda içməli su olmayacaq
Paytaxtın bu ərazilərində su olmayacaq
“Azərsu” ASC-nin səlahiyyətləri artırıldı
“Azərsu” daha bir xidmətini elektronlaşdırdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 