Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edirlər. Müvafiq olaraq, vətəndaşların həmin xərcləri də artır. Bu günlərdə borca görə vətəndaşın qazı, suyu və işığı kəsilə bilərmi? Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb. “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində bu günlərdə borca görə heç kimin suyu kəsilə bilməz: “Əsas diqqət buna yönəlib ki, vətəndaşlarımız içməli su ilə bağlı problemlə üzləşməsinlər. Biz müvəqqəti olaraq mexaniki sayğacların göstəricilərinin oxunmasını da dayandırmışıq. Bu gün əməkdaşlarımız mənzillərə getmirlər. Biz bütün kontaktları sıfıra endirmişik. Əməkdaşlarımız hec kimin qapısını döymürlər, sayğaclara baxış keçirmirlər və suyun kəsilməsi ilə bağlı hər hansı xəbərdarlıq etmirlər”. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov isə deyir ki, karantin rejimində bu məsələyə xüsusi diqqət və anlayışla yanaşılır: “30 gün keçdikdən sonra da ödəniş etməyən abonentin qazı kəsilməyəcək”. “Azərişıq” ASC isə abonentlərə borca görə güzəşt etmir. Hətta evlərə xəbərdarlıq bildirişləri də gəlib. Qurum bu günlərdə vətəndaşların istifadə etdiyi elektrik enerjisinə görə borc yaranmasın deyə, bütün növ xidmətləri onlayn şəkildə davam etdirir.
Qaz, su və işıq borca görə kəsilə bilərmi? - AÇIQLAMA



Borca görə su kəsilməyəcək - Rəsmi
“Bu su içməyə yararlı deyil” - “Azərsu” RƏSMİSİ
“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ
"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - AÇIQLAMA
"Azərsu"dan əhaliyə VACİB MÜRACİƏT
Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir? - VİDEO
Bakının bu əraziləri iki gündür susuz qalıb
“Azərsu” elan etdi: su pulu belə hesablanacaq
İçməli su da bahalaşır? - Müzakirələrlə bağlı RƏSMİ AÇIQLAMA
Su ilə bağlı vətəndaşlara MÜHÜM MÜRACİƏT
DİQQƏT: Sabah su olmayacaq
Xəzərin suyu bu kəndlərə problem YARATDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 