Hidrometeroloji proqnozlara əsasən qarşıdakı bir neçə gün ərzində ölkə ərazisində qeyri-sabit və şaxtalı hava şəraiti gözlənilir. Bu günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir. ONN media xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin abunəçilərə müraciətində bildirilir. "Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərinddə quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır. Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Abunəçilərin diqqətinə çatdırılır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir Abunəçilər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu”yun 24 saat fəaliyyət göstərən 955 “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər", - deyə qurum bəyan edib.
Su ilə bağlı vətəndaşlara MÜHÜM MÜRACİƏT



"Azərsu"dan əhaliyə VACİB MÜRACİƏT
Su sayğacları ilə bağlı araşdırmalara dair qərar qəbul edilib - RƏSMİ
“Azərsu” elan etdi: su pulu belə hesablanacaq
YENİLİK: Elektrik sayğaclarının balansını mobil telefonla artırmaq mümkün olacaq
FHN əhaliyə müraciət etdi
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər
Sabahdan yeni smart sayğacların istifadəsinə başlanır
“Azərişıq” reydlərə başladı: bu şəxslər cəzalandırılacaq
"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - AÇIQLAMA
FHN-dən daşqınlarla bağlı daha bir müraciət
"Azəriqaz"dan qaz sayğacları ilə bağlı - AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 