Keçən ilin payızında İkinci Qarabağ müharibəsindəki ciddi məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını yaxın buraxmayan bir çox Qarabağ ermənisi hazırda özləri qaçqın vəziyyətinə düşüblər. ONN media xəbər verir ki, 22 yanvar 2021-ci il tarixli, BMT-nin sifarişi ilə aparılmış bir araşdırmaya görə, “qaçqın vəziyyəti”nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər. Qalan 15%-ə gəldikdə isə, onlar ya Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar. Eyni zamanda, erməni qaçqınların 60%-i üçün əsas qida mənbəyi ərzağın birbaşa paylanmasıdır. Onların təqribən 43%-nin övladları, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-i münaqişənin nəticələrinə görə təhsil almaq imkanından məhrum olub. Qaçqınların 73%-dən çoxu, eləcə də onları qəbul edən ev sahiblərinin 49%-i münaqişənin qida əldə etmək imkanlarını azaltdığını söyləyirlər. Qaçqın ailələrin təxminən 14%-i və onları qəbul edən ev sahibi ailələrinin 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir. Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan sülh razılaşması çərçivəsində Rusiya sülhməramlıları tərəfinən indiyədək 50 mindən çox erməni bölgəyə qayıdıb. Mütəxəssislərin apardığı sorğuda iştirak edənlərin təxminən 70%-i azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini bildiriblər.(axar.az)
Ermənilər Qarabağa qayıtmaq istəmir - ARAŞDIRMA



Bu ölkə ən çox qaçqın qəbul edən ölkədir
Almaniyaya qaçqın axını azalır
Gəncəliyev Qarabağ münaqişəsi ilə bağlı araşdırmaya münasibət bildirdi
Əliyev Paşinyanın cavabını verdi - “Qarabağ Azərbaycandır və..."
Qarabağ Azərbaycana qaytarılsın - Erməni tarixçi
Qarabağda biz döyüşməliydik? Sizi Ukraynaya çağırmışıq
Azərbaycanlı və erməni gənclər arasında İNSİDENT
XİN-dən Paşinyanın Berlin bəyanatlarına REAKSİYA
Ukraynadan Rusiyaya qaçqın gəlib
İlham Əliyev AÇIQLADI: Böyük qürur hissi ilə deyirəm ki...
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi
Almaniya kansleri qaçqın axınından narahatdır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 