Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri çərçivəsində bir neçə bəyanatla çıxış edərək, “Azərbaycan tərəfinin güzəştləri, münaqişənin həllinin Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olması” kimi fikirlər səsləndirməsinə münasibət bildirib. ONN media xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq XİN-dən bildirilib ki, münaqişə nəticəsində məhz Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub və onun bir milyona yaxın əhalisi etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib: “Münaqişənin həlli ilə bağlı qəbul olunan beynəlxalq qətnamə və sənədlər, ilk növbədə BMT TŞ-nin dörd qətnaməsi işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”.
Məlumatda həmçinin qeyd olunur ki, münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərində söhbət “xalq”dan yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir. “Ermənistanın baş naziri kimi Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək və ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq, yeni siyasi vəziyyəti yaradacaq”, - deyə açıqlamada bildirilir.XİN-dən Paşinyanın Berlin bəyanatlarına REAKSİYA



Azərbaycan XİN-dən Paşinyana CAVAB
İtaliyanın məşhur jurnalı Qarabağdan yazdı
XİN-dən Paşinyanın çıxışına cavab
Azərbaycan XİN -dən erməni nazirə CAVAB
XİN-dən Paşinyanın bəyanatına REAKSİYA
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Elmar Məmmədyarov: "Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır"
Elmar Məmmədyarov: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtı keçmir və icrası mütləqdir"
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub"
Azərbaycanın Ermənistana etdiyi ən böyük GÜZƏŞT...
Azərbaycan XİN Paşinyanın bəyanatına cavab verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 