Yeni Azərbaycan Partiyasında (YAP) yeni struktur – partiyanın Mərkəzi Aparatı yaradılıb. Tahir Budaqov YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib. ONN media xəbər verir ki, Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib. 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının idarə heyətinin sədridir. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
İlham Əliyev YAP-a cari rəhbərliyi bu şəxsə həvalə etdi



Tahir Budaqov kimdir? – DOSYE
Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
Kürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE
DTX tərəfindən saxlanılan nazir müavini kimdir? - DOSYE
AQTA sədrinə yeni müavin təyin olundu - DOSYE
Prezident onu nazir müavini təyin etdi
İlham Əliyev nazir müavini təyin etdi
Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye
Baş nazirin Katibliyinin rəisi təyin edilib
Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye
Tanınmış həkimə YENİ VƏZİFƏ verildi
DTX-nın bu gün həbs etdiyi icra başçısı kimdir? - TƏRCÜMEYİ-HAL
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 