Azərbaycanda “Pasportlar haqqında” qanuna şəxsiyyət vəsiqəsində baş örtüklərindən istifadə edilməsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsi təklif edilir. ONN media xəbər verir ki, bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib. Hesabatda bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmir və bu hallar şikayətlərə səbəb olur. Bunun üçün də fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi təklif edilir. Bununla yanaşı, təklif edilir ki, şəxsin ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə qərarı əsasında qoyulması və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitələrinə (mobil nömrəsinə, elektron poçt və ya ev ünvanına və s.) xəbərdarlıq bildirişinin göndərilməsi ilə bağlı müddəanın qanunvericiliyə əlavə edilsin. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda şəxsin yaşayış sahəsindən çıxarıldığı və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildiyi hallarda onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının mülkiyyətçinin (əmlak sahibinin) tələbinə əsasən inzibati qaydada həyata keçirilməsi mexanizminin hazırlanması və bununla əlaqədar həmin qanuna əlavə və dəyişikliklərin edilməsi də tövsiyə edilir.
Azərbaycanda şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK



15 yaşı tamam olmayanlara da şəxsiyyət vəsiqəsi veriləcək
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
15 yaşı tamam olmayanlara yeni qaydada şəxsiyyət vəsiqəsi veriləcək
Bu vətəndaşlar şəxsiyyət vəsiqəsi alarkən onlardan barmaq izləri götürülməyəcək
Müəllim və həkimlərlə bağlı UNİKAL TƏKLİF
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Bağçalarla bağlı dəyişiklik
Pasport və şəxsiyyət vəsiqələri üçün YENİ RÜSUMLAR
Bu binalardan mənzil ala bilməyəcəksiniz
Azərbaycan vətəndaşıları Türkiyəyə bu sənədlərlə gedəcəklər – SİYAHI
Azərbaycanda yeni medal təsis edilir
Onlayn komitə iclası keçirildi - Milli Məclisdə BİR İLK
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 