Xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Andrey Ravkovun etimadnaməsinin surətini qəbul edib. ONN media xəbər verir ki, nazir Azərbaycana səfir təyin olunması münasibətilə Andrey Ravkovu təbrik edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. C.Bayramov Azərbaycan və Belarus arasında mövcud olan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. İki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirilib. Nazir hər iki ölkənin mövqeyinin beynəlxalq hüquq prinsipləri, xüsusilə də suverenlik, beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslandığını ifadə edib. C.Bayramov müstəqilliyinin ilk günlərindən etibarən Azərbaycanın üzləşdiyi təhlükəsizlik təhdidləri, ərazilərinin 20 %-nin Ermənistan tərəfindən hərbi işğalı, etnik təmizlənməsi, onilliklər ərzində davam edən işğal siyasəti, nəhayət 44 günlük Vətən Müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyulması və bölgədə hazırda mövcud olan vəziyyətlə bağlı Belarus səfirinə məlumat verib. A.Ravkov Belarusun xarici işlər naziri Vladimir Makeyin salamlarını Ceyhun Bayramova çatdırıb. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə inkişaf edən əməkdaşlıq münasibətlərinin əsasında hər zaman beynəlxalq hüququn müstəqillik, suverenlik və ərazi bütövlüyünə dəstək prinsiplərinin dayandığı vurğulanıb. O, ikitərəfli əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Hərbi əməliyyatlar dayandırılması və sülhün bərqərar olunması səyləri münasibətilə məmnunluq ifadə edən Belarus səfiri, hazırkı mərhələdə üçtərəfli razılaşmaların yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib. Tərəflər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üzrə razılıqlarını ifadə ediblər.
Ceyhun Bayramov yeni səfirin etimadnaməsini qəbul etdi



Bayramov Əfqanıstanın yeni səfirini qəbul etdi
Ceyhun Bayramov Belçika səfirini qəbul etdi
Ceyhun Bayramov səfirlə görüşdü
Ceyhun Bayramov Küveytin səfiri ilə görüşdü
Bayramov Abdeluahab Osmanı qəbul etdi
İran səfiri Azərbaycanı tərk etdi
Ceyhun Bayramov Rumıniya səfiri ilə görüşdü
Elmar Məmmədyarov Əfqanıstanın yeni Səfirini qəbul edib
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov Banqladeşin səfiri ilə görüşüb
Ceyhun Bayramov Yankauskasla vidalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 