ONN media xəbər verir ki, Niyazi Bayramov Niderland krallığının Azərbaycandakı səfiri Onno Kervers və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgiev ilə görüşüb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları Azərbaycanın qədim mədəniyyət, sənaye və elm şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Səfirə Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verən Niyazi Bayramov şəhərdə icra edilən abadlıq və quruculuq layihələri haqqında danışıb. Onno Kervers qeyd edib ki, səfərin əsas məqsədi Niderland krallığının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda İnsan Alveri Qurbanlarına birbaşa Yardım Göstərilməsi və Sığınacaq Yerlərində Yaşayış ŞəraitininYaxşılaşdırılması Vasitəsilə Onların Ehtiyyaclarının Həll Edilməsi” layihəsinin icrası ilə bağlıdır. Səfir bildirib ki, layihənin əsas məqsədi insan alveri qurbanlarının və insan alverinin potensial qurbanlarının təhlükəsiz və keyfiyyətli mühafizə imkanlarının artırılmasını təmin etməklə Azərbaycanda insan alveri qurbanlarının müdafiəsini yaxılaşdırmaqdır. Bununla bağlı paytaxtla yanaşı bölgələrdə də layihə çərçivəsində bir sıra tədbirlər keçirilir. Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İctimai Birliyi ilə birgə əməkdaşlıq etdiklərini bildirən səfir bu istiqamətdə aparılan işdə öz dəstəyini əsirgəmədiyi üçün Niyazi Bayramova təşəkkürünü bildirib. Görüşdə həmçinin, Azərbaycanla Niderland Krallığı arasında sıx və səmərəli əməkdaşlıqdan söhbət açılıb. Hər iki ölkə arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə olan mövcud əlaqələr ətrafında müzakirələr aparılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Niderland Krallığının Azərbaycandakı səfiri Gəncədədir



Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Gəncədə olub
Niyazi Bayramov sakinlərlə görüşüb
Gəncə İH-də kadr dəyişikliyi
Niyazi Bayramov sakinlərlə görüşüb
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub
Belarus səfiri Gəncəyə səfər etdi
Niyazi Bayramov şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb
Gəncədə Cavad xanın xatirəsi anılıb
Niyazi Bayramovun Gəncə Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunmasından bir il keçir
Niyazi Bayramov növbəti səyyar qəbul keçirdi
Gəncə “Avropanın İdman Şəhəri” titulunun rəsmi bayrağını təhvil alıb
Almaniyanın səfiri GƏNCƏDƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 