ONN media xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Nikolayeviç Boçarnikov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Rusiya arasındakı dostluq münasibətlərindən söz açılıb, hər iki ölkənin regionları arasındakı əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunulub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, hazırda Gəncədə 2 mindən artıq rus yaşayır. Qərb bölgəsi üzrə isə bu say 10 mindən çoxdur. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə iri sənaye müəssisələri fəaliyyət göstərir. Əsas məqsədlərdən biri xarici investorların şəhərə cəlb edilməsidir ki, bu istiqamətdə də rusiyalı sərmayədarlara hər cür şərait yaradıla bilər.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, 4 aydan artıqdır Azərbaycandadır və onun regionlara olan ilk səfəri məhz Gəncədən başlayıb. “Bu gün bizim qarşımızda duran əsas vəzifə ölkələrimiz arasındakı əlaqələri daha da genişləndirməkdir. Bura həm iqtisadi, həm də mədəni əlaqələr daxildir. Bizim əsas hədəflərimizdən biri regionlar arasında olan ticarət əlaqələrini daha da genişləndirməkdir. Mən düşünürəm ki, bizim ikitərəfli münasibətlərdə Gəncə önəmli rola malikdir”, - deyə səfir bildirib.
Görüşdən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bir sıra səneyə müəssisələri və mədəniyyət ocaqlarında olub.



Niderland Krallığının Azərbaycandakı səfiri Gəncədədir
Niyazi Bayramov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
Azərbaycandan təxliyə olunan Rusiya vətəndaşlarının sayı açıqlandı
Almaniyanın səfiri GƏNCƏDƏ
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub
Mehriban Əliyeva Rusiyaya getdi
Ceyhun Bayramov həmsədrlərlə görüşdü
Putin Azərbaycana yeni səfir təyin etdi
Rusiyanın yeni səfiri Elmar Məmmədyarovla görüşdü
Belarus səfiri Gəncəyə səfər etdi
Gəncə İH-də kadr dəyişikliyi
Niyazi Bayramov sakinlərlə görüşüb
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 