Operativ Qərargahı və TƏBİB-i karantin tətbiqindən imtina etməyə dəvət edirəm. Yenə qapanma olsa, sosial vəziyyət indikindən də ikiqat ağır olacaq, sosial narazılıq isə daha da artacaq. ONN media xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev qeyd edib. Vətəndaşlardan iş yerlərinin qapanması narahatlığı ilə bağlı çoxsaylı müraciətlər daxil olduğunu bildirən millət vəkili karantin əvəzinə xəstələrin müalicəsini düzgün təşkil etmək lazım olduğu bildirib: “Ən vacib olan və axsayan məsələ zamanında testin götürülməsi və cavabın təmin edilməsidir. Bu sahədə ciddi işlərə, mobilliyə, çevikliyə ehtiyac var. Bundan başqa, ərazilər üzrə mobil qruplar yaradılsın və xəstələrə lazım olan bütün dərmanlar pulsuz çatdırılsın”. Millət vəkili avtobuslarda yaşanan sərnişin sıxlığının da yoluxma sayında ciddi rol oynadığını bildirib: “Marşrut avtobuslarında üst-üstə gedən sərnişinlərin olması da yoluxma sayını artırır. Çoxu nəfəs ala bilmir, ürəyi darıxır və maskasını çıxarır. Bu zülmü insanlara verməyin. Karantin rejiminin sərtləşməsinə qətiyyətlə etirazımı bildirirəm. Verəcəksinizsə, xalqın içinə çıxıb orada verin, bahalı kostyum geyinib, brend qalstuk taxıb bəzəkli-düzəkli televizor ekranlarında yox”.(axar.az)
Deputatdan Qərargaha SƏRT ETİRAZ: Karantin sərtləşsə...



Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Koronavirusa tutulmuş şəxs ona necə qalib gəldiyini AÇIQLADI
Sərt karantin tətbiq olunmalıdır, amma... - FAZİL MUSTAFA
Türkiyə bayrağını cıran yunan millət vəkili CƏZALANDIRILDI
Qənirə Paşayeva vəfat etdi
“Ramiz Mehdiyev istefa verməlidir” — Millət vəkili
Azərbaycanda metro, restoran və kafelərin fəaliyyəti məhdudlaşır
TƏBİB-dən karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı AÇIQLAMA
Saxlanılan icra başçısı ilə bağlı deputatdan skandal açıqlama
Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb
Azərbaycanda aylıq karantin tətbiq edilə bilər - RƏSMİ AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 