Qazaxın Xanlıqlar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb.
Qazax Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Xanlıqlar bələdiyyəsinin sədri Mahmud Həməşəyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə kənd ərazisində yerləşən qovaq ağaclarının quruyaraq əhali üçün təhlükə yaratmasını əsas gətirərək 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yalnız budanmasına razılıq verilməsinə baxmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Sənan Heydanov ilə razılığa gəlib 26 yanvar 2022-ci il tarixdə bələdiyyə mülkiyyətində meşə fonduna daxil olmayan kök üstə yaş vəziyyətdə 6 ədəd qovaq ağacını qanunsuz olaraq kəsdirərək sonuncuya məxsus fermaya daşınması nəticəsində təbiətə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Azərbaycanda şirkət rəhbəri məhkəməyə verildi
Bu şəxslər barəsində cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxsə CİNAYƏT İŞİ AÇILDI
Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi başladı
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Azərbaycanda vəzifəsini itirən sabiq sədrə cinayət işi açıldı
Daha bir vəzifəli şəxs barəsində cinayət içi açıldı
Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI
Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycanda daha bir vəzifəli şəxsə CİNAYƏT İŞİ açıldı
“Qırmızı kitab”a daxil edilən ağacların kəsilməsinı görə 10 cinayət işi başlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 