Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtın yarış trekinə düşən mərkəzi küçələrində bu gecədən tikinti-quraşdırma işlərinə başlayacaq. Bu barədə Bakı Şəhər Halqası Şirkəti məlumat yayıb. Bildirilib ki, Puşkin və Xaqani küçələrinin kəsişməsi arasındakı ərazidən Bülbül prospekti istiqamətində olan yolun üzərində beton bloklar formasında təhlükəsizlik baryerlər quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin aparılması saat 22:00-dan səhər saat 06:00-dək planlaşdırılıb. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahiş olunur ki, avtomobillərini həmin saatlarda Xəqani küçəsində park etməkdən çəkinsinlər. Əks halda, qeyd olunan ərazidə park edilmiş avtomobillər başqa yerə çəkiləcək. Həmçinin, yolun qeyd olunan hissələrindəki təmir-tikinti işlərini nəzərə alaraq, gecə vaxtı yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən avtomobili idarə edərkən daha diqqətli olmaları və sürət həddini aşmamaları xahiş olunur. Ümumilikdə yarış trekinin tikinti-quraşdırma işləri 2021-ci ilin iyununadək davam edəcək. “Formula 1” trekinin Puşkin və Xaqani küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində olan əraziyədək bölümündə tikinti işlərinin aprelin 15-dək yekunlaşacağı gözlənilir. Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər. Bakı Şəhər Halqası ƏŞ müvəqqəti narahatlığa görə sakinlərdən üzr istəyir. Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.
Bakının bu küçələrində parklanma QADAĞAN EDİLDİ



Bakı sakinlərinə xüsusi müraciət ünvanlandı
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır
ƏHALİYƏ XƏBƏRDARLIQ: sabahdan Bakıda bu yollar bağlanacaq - SİYAHI
Bakının bütün yolları tam olaraq açıldı - Rəsmi
Bu ərazidə avtomobil saxlamayın - XƏBƏRDARLIQ
Sürücülərin NƏZƏRİNƏ: Bu yollar 7 saatlıq BAĞLANACAQ
Bakıda “Formula”ya görə bu yollar da bağlanır
Bakıda bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
“Formula-1”: Bəzi yollar bu gecədən bağlanır
Bakının mərkəzi küçələri bağlanır
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
“Formula 1” Bakı Qran-prisi üçün mümkün tarix açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 