“NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən Cəmiyyətin mülkiyyətində olan pul vəsaitlərinin əməkhaqqı təyinatı ilə ayrı-ayrı kənar fiziki şəxslərin hesablarına köçürülərək mənimsənilməsi barədə həmin cəmiyyətin direktorunun müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb. Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Samirə Əzizağa qızı Hüseynovanın 2018-2020-ci illərdə NVC MMC-də baş mühasib vəzifəsində işləyən zaman həmin cəmiyyətlə arasında hər hansı bir müqavilə olmadığı halda özünə və yaxın qohumlarına məxsus cəmiyyətlərə və xarici hesablara müxtəlif məbləğlərdə pullar köçürməklə, həmçinin müxtəlif cəmiyyətlərdən müxtəlif çeşidli mallar alaraq NVC MMC-nin bank hesablarından həmin mallara görə fiziki və hüqüqi şəxslərin bank hesablarına ümumilikdə 275 min 400 manat pul vəsaitini onlayn qaydada köçürməsinə, aldığı malları öz şəxsi ehtiyaclarına sərf etməsinə, habelə cəmiyyətin bank hesabından müxtəlif vaxtlarda öz hesabına və tanışlarının hesabına ümumilikdə 340 min 700 manat məbləğində köçürmələr edərək pul vəsaitlərini nağdlaşdırıb talamasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilənlərlə bağlı Samirə Hüseynovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda - mənimsəmə və ya israf etmə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
SON DƏQİQƏ: Vəzifəli qadın HƏBS EDİLDİ: 350 minlik mənimsəmə...



Bakıda vəzifəli şəxsin şok əməlləri - 54 milyon manatı...
Azərbaycanda daha bir "vəzifəli şəxs" HƏBS EDİLDİ
Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı - SƏBƏB?
SON DƏQİQƏ: Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli əməkdaşı həbs edildi
Daha bir vəzifəli şəxs həbs edildi – Yenə korrupsiya
Bakıda saxta COVID-19 pasportu verən xəstəxana aşkar edildi
Azərbaycanda vəzifəli şəxslər 157 min manatı belə mənimsədi
Bakıda daha bir əməliyyat- Tutulanlar var
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI
Prokurorluq məlumat yaydı - Çingiz Məcnunzadə həbs edildi
Peyvəndlə bağlı məlumatları saxtalaşdıran vəzifəli şəxslər İFŞA OLUNDULAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 