Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. ONN media xəbər verir ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, tarixi köklərimizdən gələn Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər, iki dövlət liderinin mökəmləndirdiyi dostluq və qardaşlığımız əbədidir. Akademik Əhliman Əmiraslanov bildirdi ki, iki dost və qardaş ölkə - Türkiyə ilə Azərbaycanın arasında olan yaxın münasibətlərin dünya miqyasında analoqu yoxdur. Deputat ölkələrimizin parlament rəhbərləri səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. O da xüsusi olaraq bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq platformalarda bir-birlərini dəstəkləyir və demək olar ki, eyni mövqedən çıxış edirlər. Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov səfir Erkan Özoralın ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib. O, səfiri ölkə prezidenti cənab İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə mükafatlandırılması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbətdə Erkan Özoral səmimi görüşə görə minnətdarlığını bildirərək Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyət göstərməsindən böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.
Əhliman Əmiraslanov Erkan Özoralla görüşdü



Çavuşoğlu azərbaycanlı deputatlarla görüşdü
Anar Kərimov Erkan Özoralla görüşdü
Zakir Həsənov Özoralla görüşdü
Mustafa Şəntop Bakıya gəlib
Nazir Türkiyə millət vəkilləri ilə görüşdü
Milli Məclisin Sədri Qazaxıstan səfiri ilə görüşdü
Milli Məclisin deputatları Türkiyəyə gedəcək
Gəncəliyev Özoralla görüşdü
Ərdoğan azərbaycanlı deputatlarla görüşdü
Numan Qurtulmuş Bakıya gəlib
Parlamentin komitə sədri: “Türkiyə hər zaman Azərbaycana dəstək olacaq”
Mustafa Şəntop Azərbaycana gəldi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 