Bu gün mədəniyyət naziri Anar Kərimov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. ONN media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Anar Kərimov, iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından söz açaraq, Erkan Özoralın diplomat kimi bu prosesdə fəaliyyətini xüsusi vurğulayıb. Tarixi zəfərlə nəticələnən Vətən müharibəsində Türkiyənin ölkəmizlə həmrəyliyini diqqətə çatdıran nazir Azərbaycanın haqq işinə Türkiyə dövlətinin və xalqının hərtərəfli dəstəyinə görə minnətdarlığını ifadə edib. Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin bu yaxınlarda qardaş ölkəyə səfərini xatırladan A. Kərimov Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində əldə edilən Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində Türkiyə ilə işbirliyi böyük əhəmiyyət kəsb edir. Səmimi qəbula görə təşəkkürünü bildirən E. Özoral diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində uğurlu inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan üçün çox önəmli bir dövrdə burada səfir qismində çalışdığını, ölkəmizin tarixi Zəfərinə şahidlik etdiyini deyib. Azərbaycanın apardığı mübarizəyə Türkiyənin ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirən diplomat bunu ölkələrimiz arasındakı sarsılmaz münasibətlərin təzahürü kimi qiymətləndirib. E. Özoral bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasında əlaqələrin inkişafında fəal iştirak edəcəyini qeyd edib. Sonda nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan E. Özorala gələcək fəaliyyətində uğurlar arzulayıb.
Anar Kərimov Erkan Özoralla görüşdü



Anar Kərimov Ərdoğanın müşaviri ilə görüşdü
Azərbaycan ilə Meksika arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi
Anar Kərimov David Zalkaliani ilə görüşdü
Əhliman Əmiraslanov Erkan Özoralla görüşdü
Anar Kərimov xorvatiyalı nazirlə görüşdü
Anar Kərimov sabah Gürcüstana gedir
Vətən Müharibəsində 6 mədəniyyət işçisi şəhid olub
Şuşa türk dünyasının mədəniyyət paytaxtı ola bilər
SON DƏQİQƏ: Azərbaycanda nazir KORONAVİRUSA YOLUXDU
Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
Anar Kərimov vəzifəsindən azad olundu?
Nazir bəzi muzeylərin fəaliyyətini tənqid edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 