C və D vitaminləri, melatonin və sink ağır COVID-19 xəstəliyi riskini azalda bilər. ONN media xəbər verir ki, bu barədə italyan alimi, Siciliya regional hökuməti yanında koronavirus infeksiyası üzrə elmi və texniki komitənin üzvü, tibb professoru Salvador Korrao söyləyib. Onun sözlərinə görə, altı aydır italiyalı elm adamları dörd tanınmış qidalandırıcı dərmanın: C və D vitamini, melatonin və sinkin insan orqanizminə təsirləri ilə əlaqədar mövcud olan tibbi nəşrləri analiz edib və sistemləşdiriblər. Bunun sayəsində təsirli bir doza təyin olunub. “Yaxşı antioksidant olan askorbin turşusu (C vitamini) hər gün qəbul edilməlidir. D vitamini gündəlik və ya ayda bir dəfə qəbul edilə bilər. Hər axşam 6 ilə 10 milliqram melatonin içmək lazımdır”, - verdiyi müsahibədə Korrao deyib. Alim eyni vitamin və mineralları olan tərəvəz və meyvələrin yeyilməsinin bu qidalandırıcı maddələrin qəbulunu əvəz edə bilməyəcəyini vurğulayır: “Bu aktiv maddələrdən ən azı ikisinin birləşməsini istifadə etməyi məsləhət görürük, amma terapiyadan söhbət gedirsə, həkim nəzarəti altında qəbul etmək daha yaxşıdır”.
Koronavirus riskini azaltmaq üçün vitamin kompleksi tapıldı



Bu vitamin COVID-19 RİSKİNİ AZALDIR
Siqaret çəkənlərin DİQQƏTİNƏ- Mütləq oxuyun
Sizə hansı vitaminlər lazımdır?
Bu əlamətlər hansı vitamin çatışmamazlığına işarədir
Bu vitamin dağınıq sklerozun dərmanıdır
Beyinin sağlamlığı üçün bu vitamindən istifadə edin
Ürək üçün ən faydalı VİTAMİN - İtalyan alimlər AÇIQLADI
Xərçəngin qarşısını almağın ən sadə yolu tapıldı
Bizim orqanizmimiz üçün ən çox hansı vitamin lazımdır?
DİQQƏT - Bu vitaminin qəbulu XƏRÇƏNG yarada bilər
Azərbaycanda bitən bu bitki VİTAMİN BOMBASIDIR
Bu şəxslərə soğan yemək olmaz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 