Südün bir çox məhsullarla qarışdırılması mədə üçün əsl problemə çevrilə bilər. Ən maraqlısı odur ki, dietoloqlar südün qəhvə ilə də birləşdirilməsinin əleyhinədir. ONN media xəbər verir ki, çayın da südlə birləşdirilməsi eyni təsirə malikdir. Qəhvə Bəli, zərif süd köpüyü olan kapuçinonu nə qədər sevsək də, bu içkini sağlam adlandırmaq olmaz. Məsələ burasındadır ki, süd zülalı kofeinin tonuslaşdırıcı təsirini neytrallaşdırır, buna görə bir fincan südlü qəhvədən sonra canlanmaq ehtimalı sıfıra bərabərdir. Bundan əlavə, süd turşusunun qəhvədəki bitki turşuları ilə birləşməsi şişkinliyə, mədədə ağırlıq və narahatlığa səbəb ola bilər. Çay Çayda da vəziyyət eynidir. Yaşıl və qara çay zəngin kofein mənbəyidir, südlə qarışdırıldıqda təsirini itirir. Ənənəvi ingilis içkisini içməkdən imtina etməyin başqa bir səbəbi süd zülalının çayın qan damarlarını genişləndirmə qabiliyyətini neytrallaşdırması və bəzi antioksidant birləşmələrini parçalamasıdır. Dəniz məhsulları Qaymaqlı sousda dəniz məhsulları ilə makaron, somon və kəsmikli beyql, hətta Filadelfiya rulosu bir çoxlarının sevdiyi yeməklərdir, təəssüf ki, qadağan olunmuş məhsullar siyahısına daxildir. Dietoloqlar balıq zülalı və Omeqa-3 yağ turşularını süd zülalı ilə birləşdirməməyi qətiyyətlə tövsiyə edirlər. Belə bir qarışıq sizə ağırlıq verəcək və bunlardan qurtulmaq son dərəcə çətin olacaq. Yumurta Yumurta və südün birləşməsi hər orqanizmin öhdəsindən gələ bilməyəcəyi ağır zülal “zərbəsidir”. Belə bir qarışığı həzm etmək çətindir, odur ki, narahatlıq hissinin artma ehtimalı var. Omlet sevərlərə onu bişmiş və ya qaynadılmış yumurta ilə əvəz etmələri tövsiyə olunur. Giləmeyvə Meyvələr prinsipcə heç bir məhsula uyğun gəlmir. Onların süd məhsulları ilə birləşməsi təhlükəyə çevrilir. Süd zülalı olan meyvə turşuları mədədə fermentasiya prosesinə təkan verir, ağırlığa, mədə yanğısına və narahatlığa səbəb olur. Buna görə qaymaqlı-meyvəli şirniyyatlar və süd kokteyllərindan uzaq olmaq daha yaxşıdır.(publika.az)
Hansı məhsulları südlə qarışdırmaq olmaz?



Qəhvə və yaşıl çayın İNANILMAZ FAYDASI
Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ
Çayın bilmədiyiniz ZƏRƏRLƏRİ
Bu qidaları acqarına qəbul etməyin
Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz - SƏBƏB
DİQQƏT- Bu qidaları acqarına yemək olmaz
Acqarına yeyilməsi narahatlıq doğuran qidalar
Acqarnına bunları etməyin - 4 SƏHV
Espresso qəhvəsi kişilər üçün zərərlidir - Səbəb
İki fincan qəhvə içsəniz... - MÖCÜZƏVİ QORUYUCU
Acqarına qəhvə içmənin zərərləri
Qarın piylərini əridən EFFEKTİV ÜSUL
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 