“Ölkələrin iqtisadiyyatlarının gələcəkdə uğurlu olması o ölkələrdə innovasiyaların hansı səviyyədə tətbiq olunmasından asılı olacaq. Çünki iqtisadiyyatların müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün mövcud potensial - torpaq, su resursları, xammal bazası məhdud çərçivədə olduğundan, hansı ölkə bu mövcud potensialdan daha səmərəli istifadə edərsə, o ölkə iqtisadi böhranlardan uzaqda olacaq. Məsələn, bir zamanlar kənd təsərrüfatı məhsullarının əkilməsi və çox məhsulun istehsal edilməsi üçün əkilən sahələrin əhatə dairəsini genişləndirirdilərsə, son illər əkinə yararlı ehtiyat torpaqları tükəndiyindən daha çox müasir innovasiyalar tətbiq etməklə intensiv üsullarla becərilmə aktuallaşıb”. ONN media bildirir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, intensiv üsullarla becərmə daha az torpaq sahəsində daha yüksək məhsuldarlığın əldə olunmasına imkan verir: “Digər tərəfdən, yaşayış məntəqələrinin maksimum rəqəmsallaşdırılması insanların həyat şəraitini daha da müasirləşdirir, rahatlaşdırır. Təbii ki, bu, həm də yeni mədəni həyatın formalaşdırılması deməkdir. Cənab Prezidentin uzaqgörən siyasəti ölkəmizə zamanı qabaqlamağa imkan verir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasında nəzərdə tutulmuş “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl” enerji layihələrini də zamanı qabaqlamağımız kimi başa düşmək olar. Çünki cəmiyyətin gələcəyi yüksək texnologiyaların üzərində formalaşacaq”. Deputatın fikrincə, hansı ölkələr bu texnologiyalara daha tez yiyələnərsə, daha öndə olacaq: “İşğaldan azad olunmuş ərazilərimizdə icra olunan layihələrin kompleks şəkildə icrasına görə bəlkə dünyada ilklərdən olacağıq. Çünki “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin ayrı-ayrı komponentlərinin icra olunduğu ölkələr var. Amma bütöv şəkildə “ağıllı” yaşayış konsepsiyasını formalaşdırmış ölkələr bəlkə də yoxdur. Biz müasir innovasiyalara əsaslanmış bu “ağıllı” konsepsiyaları Qarabağ torpaqlarında sınaqdan keçirəcəyik. Uğurlu olacağı təqdirdə, bütün ölkəyə inteqrasiya olunacaq. Dünyanı bu gün ən çox narahat edən məsələ ərzaq təhlükəsizliyinin təminatıdır. BMT-nin hesabatına görə, dünyada aclıq çəkən yoxsul ölkələrin sayı hər il artmaqdadır. Həm də dünya əhalisinin sayı artır. O cümlədən ölkəmizdə də demoqrafik artım yüksəlişdədir. Ona görə də istehsalatda müasir texnologiyaların tətbiqinə başlamağımız ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı baxımından vaxtında atılmış addım olar”.
Bu, ərzaq təhlükəsizliyinin təminatına stimul olacaq - Deputat



10 minlərlə iş yeri yaranacaq - Azər Badamov
Azərbaycan yeni PUA hazırladı
Azərbaycana 40 min pakistanlı gəldi - RƏSMİ
Azərbaycanda 236 min ton şəkər çuğunduru yığılıb
Kənd Təsərrüfatı Nazirliyindən QADAĞA
Deputatdan güzəştli qaz limiti ilə bağlı TƏKLİF
Çin üçün bu dəhlizin qurulması önəmlidir - Deputat
Regional aqrokimya laboratoriyaları məhsuldarlığın artmasında böyük rol oynayacaq
Şəhid ailəsinin evi sökülür? - Rəsmi açıqlama
Azərbaycanda qiymət artımı qaçılmazdır - DEPUTATDAN AÇIQLAMA
Prezident "ağıllı kənd təsərrüfatı" texnikalarına baxış keçirdi
Avroliqa finalı dünyaya təhlükəsiz bir ölkə olduğumuzu bir daha sübut edəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 