Energetika Nazirliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin iştirakı və “Siemens Gamesa” şirkətinin nümayəndələri ilə birgə Azərbaycanın alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları mövzusunda dəyirmi masa keçirilib.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın “Siemens” şirkəti ilə uzunmüddətli əməkdaşlıq əlaqələri və ölkənin enerji sektorunda bir sıra layihələrdə iştirakı barədə danışıb. “Siemens Gamesa” şirkətinin bərpa olunan enerji sahəsindəki təcrübəsinin gələcək əməkdaşlıq üçün imkanlar yaratdığını bildirib.
“Siemens Gamesa” şirkətinin nümayəndəsi Viktoriya Maguire Toft Azərbaycanla bərpa olunan enerji mənbələrindən istifadə sahəsində qanunvericilik, maliyyələşmə məsələləri və külək turbinlərinin quraşdırılması üzrə əməkdaşlığa maraqlarını ifadə edib.
Tədbirdə şirkətin fəaliyyət istiqamətləri, külək və günəş enerjisi sahəsində təcrübəsi barədə məlumatlar verilib. Bildirilib ki, şirkətin külək enerjisi üzrə qoyuluş gücü 87 GVT, illik gəliri isə 11 mlrd avrodur. Şirkət quruda, dənizdə külək türbinlərinin quraşdırılması, texniki xidmət və külək parklarının yaradılması üzrə fəaliyyət göstərir.
ABOEMDA-nın sədr müavini Cəmil Məlikov isə Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafının, dayanıqlı və təmiz enerjinin təmin edilməsinin əsas hədəflərdən olduğunu deyib. Onun sözlərinə görə, bərpa olunan enerji mənbələrinin inkişafına qoyuluş güclərinin artırılması hesabına nail olmaq mümkündür və bu məqsədlə 2030-cu ilə qoyuluş gücünün 3461 MVt-a çatdırılması planlaşdırılır.
Sonra ölkənin bərpa olunan enerji potensialına dair təqdimatlar dinlənilib. Bərpa olunan enerji mənbələri üzrə yeni layihələr, mövcud qanunvericilik və institusional vəziyyət, bu sahənin investorlar üçün cəlbediciliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəzərdən keçirilib.



Energetika Nazirliyi “Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib
Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb
Energetika naziri “Siemens” şirkətinin tədbirində iştirak etdi
BP ilə Azərbaycanda alternativ enerji imkanları müzakirə edilib
Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirildi
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Energetika Nazirliyində Ərəb Neft İnvestisiyaları Korporasiyasının nümayəndə heyəti ilə görüş keçrilib
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 