Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. ONN media Milli Məclisin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iclasın gündəliyinə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunu layihəsi çıxarılıb. Komitənin sədri Sadiq Qurbanov bildirib ki, bərpa olunan enerji sektorunun, “yaşıl iqtisadiyyat”ın inkişafı ölkəmizin rəhbərliyi tərəfindən müəyyən olunmuş əsas prioritetlərdəndir: “İşğaldan azad olunmuş ərazilərimizin “yaşıl zona” elan edilməsi qəbul olunacaq qanun layihəsinin əhəmiyyətini daha da artırır. 2030-cu ilə qədər ölkə üzrə ümumi elektrik enerjisi istehsalında yaşıl enerji payının 30%-ə çatdırılması nəzərdə tutulur”. Ölkəmizin Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun mövqeyinin gücləndirilməsindən və aparıcı ölkələr arasında yer almasından danışan komitə sədri diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan qanun layihəsi bu istiqamətdə ölkədə gedən islahatlar çərçivəsində əhəmiyyətli rol oynayacaq. İclasda çıxış edən Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Bu Milli Prioritet ölkəmizin bərpa olunan enerji sahəsinə və yaşıl iqtisadiyyata diqqətinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Nazir müavini deyib ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinin hazırlanması Prezident İlham Əliyevin 29 may 2019-ci il tarixli sərəncamından irəli gəlir. Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov məlumat verib ki, qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edəcək və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Sonra iclasda iştirak edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri təqdim olunan qanun layihəsinin dövrün tələblərinə uyğun hazırlandığını vurğulayıblar, onun əhəmiyyətindən danışıblar.
“Yaşıl iqtisadiyyat”ın inkişafı əsas prioritetlərdəndir - Qurbanov



İlin sonunda bərpa olunan enerji hərracları keçirilə bilər
Tarif Şurasına yeni səlahiyyət verildi
Əli Əsədov qərar imzaladı
Əli Əsədov sərəncam imzaladı
2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
Deputatlar sonuncu iclasa toplaşır
Laçın və Kəlbəcərdə külək elektrik stansiyaları tikiləcək
Milli Məclisin yaz sessiyasının sonuncu iclası başladı
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 