Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Enerji bölməsinin direktoru Aşok Barqavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir Azərbaycanla AİB arasında energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri, bu çərçivədə həyata keçirilən elektrik şəbəkəsinin yenidən qurulması, üzən günəş panelləri sistemi ilə bağlı enerji layihələri barədə danışaraq, bankın ölkəmizin enerji sektoruna dəstəyini yüksək qiymətləndirib.
Energetika naziri ölkənin bərpa olunan enerji potensialı və ondan istifadənin genişləndirilməsi istiqamətində görülən işlər, yaxın illərdə enerji istehsalında bərpa olunan enerjinin payının artırılması imkanları barədə ətraflı məlumat verib, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlər ölkəmizdə bərpa olunan enerji sektorunda əməkdaşlığa maraq göstərir. Xarici investisiyanın cəlbinə nail olmaq üçün əllverişli mühitin yaradılması vacibdir.
Aşok Barqava bərpa olunan enerji mənbələri üzrə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Bildirilib ki, bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş və külək enerjisidən istifadə, eləcə də enerji səmərəliliyi üzrə layihələrdə iştirak bankın diqqətindədir. Bank bu məqsədlə həyata keçiriləcək layihələrə texniki və maliyə dəstəyi göstərməyə hazırdır.
Görüşdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
Asiya İnkişaf Bankının vitse-prezidenti Energetika Nazirliyində olub
Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirildi
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
Energetika nazirliyində növbəti görüş keçirilib
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 