Energetika Nazirliyinin ətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Norveçin Equinor Abşeron AS şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ikitərəfli əməkdaşlığın ümumi prinsipləri, bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi, bu sahəyə gəlirli investisiya qoyuluşu üçün şəraitin yaradılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur.
Bu sənəd Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı, maliyyələşdirilməsi, tikintisi, istismarı və saxlanması istiqamətində fəaliyyəti təmin etməyə kömək edəcək.
Anlaşma Memorandumunu energetika nazirinin müavini Samir Vəliyev və Equinor Abşeron AS şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Quraishi imzalayıb.
Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı, bu sahəyə investisiya qoyuluşunun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər barədə danışıb. Bildirib ki, Equinor şirkəti ilə imzalanmış bu memorandum bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində tərəflər arasında atılan ilk addımdır və Azərbaycanda bu sahənin inkişafına oz töhfəsini verəcək.
Favad Quraishi isə bərpa olunan enerji mənbələrinin inkişafı üzrə fəaliyyətin Equinor şirkətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, bu sənədlə Equinor şirkəti Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və bərpa olunan enerji mənbələri sahəsində hər iki ölkənin maraqlarının reallaşmasına imkanlar yaranacaq.



Energetika Nazirliyi “Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib
Energetika Nazirliyi ilə “Tekfen İnsaat” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
BP və Energetika Nazirliyi arasında Anlaşma Memorandumu imzalandı
Energetika nazirliyində növbəti görüş keçirilib
İlin sonunda bərpa olunan enerji hərracları keçirilə bilər
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
“Siemens Gamesa” şirkəti ilə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirildi
Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalandı
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
Energetika Nazirliyində Ərəb Neft İnvestisiyaları Korporasiyasının nümayəndə heyəti ilə görüş keçrilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 