Baş nazir Əli Əsədov mayın 20-də G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetində olub. ONN media xəbər verir ki, ulu öndər Heydər Əliyevin 1970-ci illərdə gənclər və təhsil siyasətinin tərkib hissəsi kimi yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərindəki ali təhsil müəssisələrində təhsil alıb Azərbaycana qayıdaraq müxtəlif sahələrdə çalışırlar. Baş nazir Əli Əsədov Ulu Öndərin təhsil almaq üçün ölkə xaricinə göndərdiyi gənclərdən biri olub və 1974-1978-ci illərdə Moskva Xalq Təsərrüfatı İnstitutu, hazırda isə Rusiya İqtisadiyyat Universiteti adlanan bu ali məktəbdə təhsil alıb. Baş nazir Əli Əsədov Elmi Şurada çıxış edib və ulu öndər Heydər Əliyevin müstəqillik dövründə apardığı iqtisadi islahatların mahiyyəti və hədəfləri haqqında danışıb, hərtərəfli düşünülmüş neft strategiyasının bugünkü müsbət nəticələrini qeyd edib. Baş nazir Prezident İlham Əliyevin bazar iqtisadiyyatı istiqamətində apardığı islahatlar, müasir tələblərə cavab verən enerji siyasətinin əsas prinsipləri və perspektivləri, investisiya mühiti barədə məlumat verib, iqtisadi və enerji siyasətinin qənaətbəxş sosial nəticələri haqqında danışıb, son illərdə Azərbaycanın yüksək beynəlxalq reytinqlər qazandığını qeyd edib. G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Elmi Şurasının qərarı ilə Baş nazir Əli Əsədova Fəxri doktor adı verilib və bugünkü tədbirdə doktorluq mantiyası ona təqdim olunub.
Əli Əsədova Rusiyada Fəxri doktor adı verildi



Nazir təhsil alan gənclərin işlə təmin olunmasından DANIŞDI
Təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib - Nazir
Təhsil Nazirliyi ona tapşırıldı- Sərəncam
Əli Əsədov Təhsil Nazirliyi ilə bağlı QƏRAR İMZALADI
Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüdü
Təqaüdlər nə qədər artdı? – Nazir açıqladı
Həştərxanda Heydər Əliyev anılıb - Foto
NK qarşısında Heydər Əliyevin barelyefi açıldı
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Baş nazir qərar imzaladı
Əli Əsədov sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 