Əvvəlcədən də məlumat verildiyi kimi "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək dayandırılacaq.
ONN media Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, məhdudiyyətin tətbiq olunduğu müddət ərzində əhalinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün trekin və onun ətrafındakı küçələrdən keçən marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilib.
"Əhaliyə müraciət edərək müvəqqəti xarakter daşıyan dəyişiklikləri və məhdudiyyətləri anlayışla qəbul etmələrini xahiş edirik. Ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi, daha çox ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik. Bu, yollarda nəqliyyat vasitələrinin, xüsusən də müntəzəm və ekspress xətlər üzrə avtobusların maneəsiz hərəkəti, lüzumsuz sıxlıqların yaranmaması baxımından əhəmiyyətlidir.
31 may səhər saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunmasını da xatırladaraq bildiririk ki, bu əhalinin ictimai nəqliyyat imkanlarını artıran vacib faktordur.
Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik", - BNA-nın müraciətində bildirilir.



Bakı bulvarı bağlanır? - RƏSMİ CAVAB
DYP bu şəxslərə müraciət etdi
Ərzaq daşıyan sürücülərə DYP-dan müraciət
Yol polisindən "Formula 1" ilə bağlı sürücülərə MÜRACİƏT
Bakıda bu marşrut xətlərinin fəaliyyəti bərpa edilir
Bakıda 20 avtobusun hərəkət sxemi DƏYİŞDİRİLİR - SİYAHI
DYP "Formula" ilə bağlı sürücülərə müraciət etdi
DYP azarkeşlərə müraciət etdi
Bu yolda hərəkət “Formula 1”ə görə dayanır
DYP azarkeşlərə müraciət etdi
Bakıda 17 marşrut xəttinin yolu dəyişdiriləcək - SİYAHI
“Formula-1”: Bəzi yollar bu gecədən bağlanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 