Azərbaycan vətəndaşları olan yaxın qohumlarını Suriyada axtaran bir sıra şəxslər müxtəlif vaxtlarda Ombudsmana müraciət ediblər.
Ombudsman Aparatından bildirilib ki, onlar həmin ölkədə gedən müharibədə müxtəlif qrupların tərkibində döyüşən qohumlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların oradakı düşərgələrdə girov kimi saxlanıldıqlarını bildiriblər. Müraciətlərdə, eyni zamanda yaralı və xəstələrin tibbi yardımdan kənarda, baxımsız vəziyyətdə qaldıqları da qeyd edilib.Ombudsman Səbinə Əliyevaya müraciət edən şəxslər ölkə vətəndaşları olan və Suriyada qalan qohumlarının ölkəyə qaytarılmasında köməklik göstərilməsini xahiş ediblər.
Ombudsman həmin ölkədə qalan vətəndaşlarımızın qaytarılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədi ilə müxtəlif vaxtlarda Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə keçirilən görüşdə də Səbinə Əliyeva Suriya ərazisində girov kimi saxlanılan Azərbaycan vətəndaşlarının mövcud vəziyyətini, onların geri qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq məsələlərini geniş müzakirə edib.
Yeri gəlmişkən, Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində 2021-ci ilin 27 may tarixində 6-sı qadın və 14-ü uşaq olmaqla, Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.



Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü
Ombudsman 17 yaşlı qızın zorlanması faktını nəzarətə götürüb
Ombudsman əsir azərbaycanlı ilə bağlı BQXK-ya müraciət etdi
Ombudsman Elvin İsayevə baş çəkib
Ölkədə zorakılığa məruz qalan uşaqların sayı açıqlandı
Azərbaycanda saxlanılan ermənilərin son durumu
Ombudsman buna görə hərəkətə keçdi
Səbinə Əliyeva ABŞ səfiri ilə görüşdü
Ombudsman Səbinə Əliyevanın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ombudsman əfv olunanlara müraciət etdi
Ombudsman nümayəndələri Gədəbəydə tutulanlara baş çəkdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 