Kənd Təsərrüfatı Nazirlyində iri taxılçılıq təsərrüfatları və aqroparkların nümayəndələri ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən görüşdə əsasən taxıl biçininə hazırlıq, kombayn və texnikalarla təminat məsələləri müzakirə olunub.
Görüşdə iri taxılçılıq təsərrüfatlarının nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il başlayacaq taxıl biçini mövsümündən etibarən "Aqrolizinq" ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektara qədər sahəsi olan fermerlərin taxıl sahələrinin biçilməsinə üstünlük veriləcək. Yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcək.
Görüşdə aqropark nümayəndələrinə lizinq yolu ilə öz kombaynlarını əldə etmək tövsiyə olunub. Tədbirdə vurğulanıb ki, iri taxılçılıq təsərrüfatları hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə bağlı mövcud olan yeni qaydalara əsasən dövlət tərəfindən 40 faiz güzəşt tətbiq olunmaqla, 20 faiz ilkin ödəniş əsasında, yerdə qalan hissəni isə uzunmüdətli, faizsiz kredit əsasında "Aqrolizinq" ASC və ya özlərinin istədikləri təchizatçı şirkətlərdən əldə edə bilərlər. Qeyd edək ki, ötən il taxıl biçini zamanı fermerlər kombayn çatışmazlığı ilə üzləşmişdilər.



Azərbaycanda taxıl biçini mövsümünə start verildi
Taxıl biçinində bəzi prinsiplərə əməl olunmalıdır
Şirvanda məhsul istehsalçılarına yeni texnikalar verilib
Nazirliyin çağrı mərkəzinə 11074 şəxs müraciət edib
Ermənidən ŞOK AÇIQLAMA- Bakıya yalvaracağıq
“Aqrolizinq”in adı dəyişdirilir - FƏRMAN
Əsədov Qolovçenko ilə görüşdü: sənədlər imzalandı
Nazirlikdən ovçuluq təsərrüfatları ilə bağlı — AÇIQLAMA
Kombayn aşıb - ÖLƏN VAR
Kənd Təsərrüfatı Nazirliyindən QADAĞA
Yevlax rayonunda "Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili"nə dair müşavirə keçirilib
Laçında yol qəzası olub- Ölənlər var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 