Dənli-taxıl, xüsusilə, buğda və arpa bitkiləri üzrə 81 sort-sınaq təcrübələrinin biçini başa çatıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti kənd təsərrüfatı bitkilərinin yeni sortlarının ekspertizası, sınaq və qeydiyyatının aparılması sahəsində fəaliyyətlərin icrası davam etdirir.
Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, xidmət tərəfindən təsdiq olunmuş iş planına əsasən 78 bitki üzrə 995 müsabiqəli sort-sınaq təcrübələri bilavasitə Xidmətin strukturuna daxil olan və ölkənin 9 torpaq-iqlim zonasını əhatə edən 11 rayonunun (Ağdam, Göyçay, Kürdəmir, Xaçmaz, Qusar, İsmayıllı, Qazax, Lənkəran, Salyan, Zaqatala, Gədəbəy) 14 kəndi ərazisində yerləşən DSSM-də, 300-dən artıq sort-sınaq təcrübəsi isə paralel olaraq Xidmətin strukturuna daxil olmayan digər dövlət və özəl qurumlarda həyata keçirilir.
Hal-hazırda dənli-taxıl, xüsusilə, buğda və arpa bitkiləri üzrə 81 sort-sınaq təcrübələrinin biçini başa çatıb. Həmin təcrübələr üzrə hər bir sortun təkrarlar üzrə məhsulunun çəkilməsi və hektara çevirməklə məhsuldarlıq göstəricilərinin müəyyən edilməsinə başlanılıb. Dənli-paxlalı bitkilər üzrə 46, yem bitkiləri üzrə 19, texniki bitkilər (pambıq, günəbaxan, tütün) üzrə 94, tərəvəz bitkiləri üzrə 280, bostan bitkiləri üzrə 16, kartof üzrə 43, meyvə, üzüm, çay və digər bitkilər üzrə 416 sort-sınaq təcrübələri üzrə zəruri aqrotexniki tədbirlərin aparılması və metodiki təlimatlara uyğun olaraq müşahidə və qiymətləndirmələr davam etdirilir.
Müvafiq bitkilərin sort və hibridləri üzrə həyata keçirilən müsabiqəli sort-sınaqları, o cümlədən təsərrüfat faydalılığı sınaqları, fərqlilik, oxşarlıq və sabitlik sınaqları, həmçinin digər dövlət qurumları və özəl təsərrüfatlarının sahələrində həyata keçirilən sınaqlar başa çatdıqdan sonra nəticələrə dair müvafiq məlumatlar Dövlət Xidməti tərəfindən tam araşdırılacaq, təhlil ediləcək və bundan sonra rəqabət qabiliyyətliliyi yüksək olan və zəmanətli məhsul artımını təmin edə bilən sortların müəyyənləşdirilərək istehsalatda istifadəyə verilməsi məqsədilə dövlət qeydiyyatına alınması, patent qabiliyyəti şərtlərini təmin edən sortlara isə mühafizə hüququ (patent) və müəlliflik şəhadətnaməsi sənədlərinin verilməsinə baxılacaq.



Azərbaycanda yeni yemiş sortları yaradıldı
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Tanınmış alim vəfat etdi
Baş nazirdən yeni qərar
Kənd Təsərrufatı Nazirliyində YENİLİK
Azərbaycanda taxıl biçini mövsümünə start verildi
Azərbaycanda yeni çay və limon sortları yaradılır
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Aqrar Xidmətlər Agentliyindən bu fermerlərə MÜRACİƏT
Bu şəxslərə dövlət tərəfindən kombayn veriləcək?
Azərbaycanda ilk dəfə “Respublika toxum sərgi-satış” yarmarkası keçirilib
Pambıqçılıqla bağlı təlimlər davam edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 