Toyundan 20 gün sonra boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı xəbərlər ölkə gündəmini zəbt edib. ONN media cenubxeberleri.com-a istinadən bildirir ki, qızın atası Qəmbərov İbrət Ərkivan qəsəbəsindəndir. O, başqa biri ilə rəsmi nikahda olsa da, Fatimənin anası ilə qeyri-rəsmi münasibətdə yaşayıb. Onlar bir ildən sonra ayrılıblar. Fatimənin anası İbrətdən ayrıldıqdan sonra Bakıda yaşayan birinə ərə gedib və qızını nənəsinin himayəsinə verib. Fatimə Qəmbərova Həsənli kənd tam orta məktəbində təhsil alıb. Müəllimlərinin bildirdiyinə görə, o, dərslərini yaxşı oxumasa da, çox sakit, tərbiyəli şagird olub. Ötən ilin oktyabrında isə anasının təkidi ilə məktəbdən azad edilib. Və səbəb olaraq bildirib ki, Fatimənin ana babası Rusiyada yaşayır və onun yanına köçürlər. Məsələ 2019-cu il noyabr ayının 1-də məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib. 16 yaşlı qız məktəbdən azad edildikdən iki ay sonra, yanvarın 5-də ona Masallıda şadlıq saraylarının birində qız toyu edilib, yanvarın 10-da isə Çaxırlı kəndindəki “Möcüzə” Şadlıq Sarayında oğlan toyu olub. Daha bir məlumata görə, 19 yaşlı bəyin boyu balaca olduğu üçün o, hərbi xidmətdə olmayıb. Kənd sakinlərinin bildirdiyinə görə, 19 yaşlı oğlan kənddə sakit gənclərdən biri sayılıb. Onun əmisi kənddə dinin icmanın rəhbəridir. Xoşçobanlı kənd sakinlərinin sözlərinə görə, Fatimənin öldürüldüyü gün, səhər tezdən kəndə xəbər yayılıb ki, onun qızdırması var, komaya düşüb. 16 yaşlı gəlini ərinin dayısının maşınında Masallı Mərkəzi Xəstəxanasına aparıblar. Yolda onun vəziyyəti daha da ağırlaşıb. Qətlə yetirilən Fatimənin əri İman Məmmədov isə iki bacının tək qardaşıdır. Onun özündən kiçik iki bacısı var. Atası Təklə stansiyasında maşın ehtiyat hissələri satır. Anası isə tibb işçisidir. Qeyd edək ki, İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.
Həmin gün kəndə xəbər yayılıb ki… – Toyundan 20 gün sonra öldürülən 16 yaşlı gəlinlə bağlı dəhşətli faktlar



Kəndə xəbər yayılıb ki... - Fatimənin qətli ilə bağlı daha bir FAKT
Öldürülən 16 yaşlı Fatimə haqqında heç yerdə eşitmədiyiniz FAKTLAR
Gəlin toyundan 3 gün sonra "qardaşı" ilə qaçdı - ŞOK OLAY
ABŞ-da 9 yaşlı azərbaycanlının kitabı nəşr olundu- FOTO
Masallıda 16 yaşında ərə verilən qız öldü - Dövlət qurumları hərəkətə keçdi
Təcavüzə məruz qalan 11 yaşlı qız başına gələnləri DANIŞDI: Mənə dərman verib...
Azərbaycanda ŞOK OLAY: 14 yaşlı qız 38 yaşlı kişi ilə...
Toy axşamı intihar edən şəxsin atası: "Sonuncu dəfə nişanlısı ilə..."
16 yaşlı oğlandan TÜKÜRPƏRDƏN QƏTL: Ailəsini vəhşicəsinə...
Rusiyada DƏHŞƏT: Azərbaycanlı rus sevgilisini zorakılıqla öldürdü, daha sonra 9 yaşlı qardaşını...
Meyiti tapılan 4 yaşlı qız öldürülübmüş – Təfərrüat
Polis ərə verilən yeniyetmə qızın ailəsini dindirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 