İki həftəyə yaxındır ki, Bakı şəhəri müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməkdədir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin birgə açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, 4-6 iyun tarixlərində Formula 1 üzrə Azərbaycan Qran Prisi mükəmməl evsahibliyi ilə reallaşıb. İyunun 12-si tarixində ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.
"Yüksək səviyyəli təşkilatçılıqla yanaşı mötəbər idman tədbirlərinin uğurla keçirilməsində hərəkət iştirakçılarının da nümayiş etdirdiyi anlayışın əhəmiyyətini vurğulayaraq bir daha onlara verdikləri dəstəyə görə təşəkkür edirik. Vətəndaşlarımız müəyyən edilən qaydalara və tövsiyələrə riayət etməklə oyunların, xüsusilə də nəqliyyat tədbirlərinin yüksək səviyyədə reallaşmasına əvvəzsiz dəstək olublar.
Hərəkət iştirakçılarının AVRO-2020 Futbol üzrə Avropa çempionatının 16, 20 iyun və 3 iyul tarixlərində Bakıda keçiriləcək oyunları zamanı da eyni səmimiyyət və anlayış nümayiş etdirəcəklərinə inamımız sonsuzdur.
Xüsusi ilə 16 iyun tarixində Türkiyə-Uels Milli Komandalarının oyunu ilə əlaqədar hərəkət iştirakçılarından müəyyən edilən qaydalara və tövsiyələrə əməl etmələrini xahiş edirik. Qardaş ölkə təmsilçilərinin oyununa marağın böyük olacağını və həmin gün şəhərdə yüksək səviyyəli tədbirlərin keçiriləcəyini nəzərə alaraq hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmağa dəvət edirik.
Xahiş edirik ki, ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsindən istifadə etməyin. Bu, yollarda nəqliyyat vasitələrinin, xüsusən də müntəzəm və ekspres xətlər üzrə avtobusların maneəsiz hərəkəti, lüzumsuz sıxlıqların yaranmaması üçün vacibdir. Həmçinin, avtomobilləri dayanma-durmanın qadağan edildiyi yerlərdə, o cümlədən avtobus dayanacaqlarının ərazisində və avtobus zolaqlarında park etməyin. Rahat və fasiləsiz hərəkətə maneə yaradan avtomobillər qanunla müəyyən edilən qaydada təxliyyə olunacaq.
Məlumat üçün bildiririk ki, biletli azarkeşlərin daşınması mövcud nəqliyyat planına əsasən ekspres marşturlarla icra ediləcək", - deyə qurum bəyan edib.



İlham Əliyev və Mehriban Əliyeva Uels-İsveçrə matçını izlədilər
Bu küçələrdə nəqliyyatın hərəkəti DAYANDIRILIR - RƏSMİ
Bakı bulvarı bağlanır? - RƏSMİ CAVAB
BNA futbol azarkeşlərinə müraciət etdi
DYP "Formula" ilə bağlı sürücülərə müraciət etdi
Ərzaq daşıyan sürücülərə DYP-dan müraciət
Bakıda BU YOLLARDA hərəkət məhdudlaşdırıldı
Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
Sürücülərə MÜHÜM XƏBƏRDARLIQ
DYP bu şəxslərə müraciət etdi
Çinə daha bir zərbə
Yol polisindən "Formula 1" ilə bağlı sürücülərə MÜRACİƏT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 