““Azərxalça” ASC-də baş mühafiz vəzifəsinə təyinat olub.
ONN media quruma istinadən xəbər verir ki, bu vəzifəyə Əməkdar Mədəniyyət işçisi Nailə Rəhimova gətirilib.
O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakultəsini bitirib, 1977-ci ildə Nəriman Nərimanovun xatirə muzeyində elmi işçi vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb, 1981 –ci ildən həmin muzeydə baş mühafiz vəzifəsində çalışıb. 1994-2020 illərdə Azərbaycan Milli İncəsənət muzeyində baş mühafiz vəzifəsini icra edib. Burada çalışdığı illərdə müxtəlif dünya əhəmiyyətli muzeylərdə araşdırmalar aparıb (Tretyakov qalereyası, Ermitaj, Şərq xalqaları muzeyi, Rus muzeyi və s.), bir neçə muzey albomunun və tədris vəsaitinin müəllifidir. 2003 ildən Beynəlxalq muzey komitəsi Azərbaycan bölməsinin və eyni zamanda CAMOC-un (şəhərlərin tarixi muzeyi) üzvü kimi komitəsinin xətti ilə Avstriya (Vyana), Koreya (Seul), Türkiyə (Stambul), Rusiya (Moskva, Sankt-Peterburq) Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəçisi olub. İKOM-un yerli komitəsində “Reqionlar arası əlaqələr” sektoruna rəhbərlik edərək rayon və Bakı muzeylərinə metodiki və praktiki köməklik göstərib. Həmçin 15 il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “sənətşünaslıq” fakultəsində “muzey və arxiv işlərinin əsası” fənnindən, müxtəlif illərdə ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyi nəzdində mədəniyyət işçilərinin təkminləşdirmə kursunda dərs deyib. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən Fəxri Fərman ilə təltif olunub. 20 may 2013 -cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb. Fəaliyyəti dövründə N.Rəhimova bir çox beynəlxalq konfrans və sərgilərin təşkilində yaxından iştirak edib.



Mədəniyyət nazirliyində yeni TƏYİNAT
Aydın Abiyev vəfat etdi
Nasir Əhmədli dəfn olundu
DTX-nın bu gün həbs etdiyi icra başçısı kimdir? - TƏRCÜMEYİ-HAL
28 iyun Vaqif Məmmədovun doğulduğu gündür
Nazirlikdə daha bir TƏYİNAT
Mədəniyyət Nazirliyinin sistemində yeni TƏYİNAT
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Vergi Xidmətinin yeni rəisi kimdir? - DOSYE
Əməkdar rəssam vəfat etdi
İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?
“Hakan: Muhafız” serialında dəyşiklik
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 