Türkiyədəki qürurumuz, Kink-boks üzrə çempionumuz «İnanılmaz adam» ləqəbli Yusif Məmmədov yeni döyüşünə hazırlaşır. O, bu dəfə iranlı rəqibə qarşı döyüşəcək.
Yusiflə telefon danışığımız zamanı o, bu döyüşü Türkün mənfur düşməni ermənilər üzərində qələbə qazanan şanlı Azərbaycan ordusuna həsr edəcəyini və elə bu səbəbdən də qələbə qazanmaq üçün xüsusi hazırlaşdığını bildirdi.
Qeyd edək ki, Yusif Məmmədov keçirdiyi 28 döyüşün 24-də qələbə qazanıb. 13 döyüşdə rəqiblərini nokaut edib və sadəcə 4 dəfə məğlub olub. Hər döyüşündə Azərbaycan və Türkiyə bayrağını birlikdə dalğalandıran idmançımızın bu dəfə də qələbə qazanaraq bu iki bayrağı yenidən dalğalandıracağına inam böyükdür.
Xatırladaq ki, Yusif Məmmədov 1999-cu ildə Naxçıvan MR-da anadan olub. 4 yaşında ailəsilə birlikdə Türkiyənin İstanbul şəhərinə köçüblər və 18 ildir ki, orada yaşayır. O, 2010-cu ildən idmanın Kinq-boks növü ilə məşğul olmağa başlayıb.
Döyüşçümüz telefon söhbətində dedi: «Peşəkar rinqdə döyüşə başlamamışdan öncə küçələrdə çox döyüşürdüm və gücümün boşa getdiyini hiss edirdim. Televizorda tanınmış döyüşçüləri izləyirdim və onlar kimi olmağa qərar verdim. Onlar kimi də oldum. Allahın izni ilə onlardan da yaxşı olacam. Bir çox oyunlara çıxdım, professional oyunlara. Rəqiblərimin yaşı böyük idi, məndən çox güclü idilər. Mənim onlardan fərqliliyim var. Onlar bacarıqlı, mən isə heç kimdən qorxmuram. Mübarizə aparmağı çox sevirəm. Yoluma çox daş çıxdı, amma mən yenə hər çətinliyə sinə gərdim. Və bu nailiyyətləri əldə etdim».
Sonda qəhrəmanımız gənclərə tövsiyəsini də çatdırdı: «Mənim gənclərə tövsiyəm budur ki, onların qarşılarına çox maneələr, daşlar çıxacaq. Çünki hər kəsin problemləri var, əsas o problemləri yox etməkdi. Onlar hər zaman mübariz olmağı bacarmalıdır».
Bizə qalır həmyerlimizə uğurlar arzulamaq. Ona qarşıdakı mübariz həyatında uğurlar arzulayırıq!
Vəli ƏDİBOĞLU



"İnanılmaz adam"ın növbəti DÖYÜŞÜ
Tayson növbəti döyüşünün vaxtını açıqladı
Azərbaycan boksçusu Serbiyada finala yüksəldi
"Neftçi" qələbə ilə finala yüksəldi
Boksçumuz iranlı rəqibini məğlub etdi
Amerikalı məşhur boksçu vəfat etdi
Erməni idmançı azərbaycanlı ilə döyüşə çıxmaqdan imtina etdi
İdmançımız Rusiyada dünya çempionu oldu
Ermənilər yenə məğlub oldular: Bu dəfə RƏCƏBOV AMAN VERMƏDİ
İki boksçumuz Avropa çempionu oldu
Daha bir yarış, daha bir qələbə
Avropa çempionatlarının medallar statistikası dərc edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 