ONN media xəbər verir ki, aprelin 5-də Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş universal döyüş üzrə ənənəvi beynəlxalq turnirinə start verilib.
Üç gün davam edən yarışda müxtəlif çəki dərəcələrində 10 dövlətdən 300-dək idmançı iştirak edib.
Yarışın ikinci günü bir sıra çəki dərəcələrində qaliblər müəyyənləşib. Bakı Şəhər BPİ-nin DYPİ-nin YPXA-nın polis nəfəri Nicat Əliyev yüksək nəticələr əldə edib. O, 75 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bununla da təmsilçimiz ulu öndərin xartirəsinə həsr olunmuş beynəlxalq turnirlərdəki qələbə sayını 6-ya çatdırıb.
İdmançımız kiçik yaşlarından idmanın sambo və universal döyüş növləri ilə məşğul olub. Dəfələrlə sambo üzrə respublika birincisi olub, beynəlxalq turnirlərdə qalib gəlib. Universal döyüş üzrə keçirilən ölkə birinciliklərində 12 dəfə çempion olub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlərdə 6 dəfə baş mükafata sahib olub. Kişilər arasında üçqat dünya və beşqat Avropa çempionu olub. Dunya Oyunlarında baş mükafata sahib olub. Peşəkar rinqdə Asiya kəməri uğrunda qarşılaşmalardan qələbə ilə ayrılıb və kəməri qazanıb. Yüksək nailiyyətlərə görə ona “əməkdar idman ustası” fəxri adı verilib. 25 yaşlı N.Əliyev bu fəxri ada layiq görülən ən gənc idmançılardan hesab olunur.



Daha bir yarış, daha bir QƏLƏBƏ
Dünya çempionatında ölkəmizi o təmsil edəcək
Həm kubok qazandı, həm də vəsiqə...
Ermənini məğlub edən azərbaycanlı dünya çempionu oldu
Cüdo üzrə komandamız qızıl medal qazandı
Avropa çempionatından idmançılarımız vətənə mükafatla qayıtdılar
Azərbaycan Tokioda bir gündə üçüncü qızıl medalı qazandı
DİN İdman Cəmiyyətinin yetirmələri qalib oldular
100 illik yubileyə həsr olunmuş cüdo üzrə DİN çempionatı keçirilib
Daxili Qoşunların hərbi qulluqçuları bayram günündə bayrağımızı yüksəltdilər
Azərbaycanlı qızdan böyük uğur
İdmançımız Ermənini məğlub etdi- Çempion oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 