Bütün görülən işlərdə ekoloji aspektlər nəzərə alınır. Burada nöqsanlara yol verilibsə, onların aradan qaldırılmasına, günahkarların aşkarlanmasına tam hazırıq.
ONN media xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O, bildirib ki, məlumatlar nazirliyin mütəxəssisləri tərəfindən "Google Eart" proqramı üzrə araşdırılıb. Məlum olub ki, 2019-2021-ci illər üzrə yaşıllığın qismən azalması müşahidə olunub, lakin tamamilə məhv edilməsi halı və hazırda ərazidə çılpaq sahənin olması həqiqətə uyğun deyil. Peyk görüntülərinə əsasən deyə bilərik ki, həmin ərazilər heç də 2018-2019-cu illərdə sıx meşəlik olmayıb. Bu məlumatı yayanları Nazirliyin mütəxəssisləri ilə birgə araşdırmada iştiraka dəvət edirik.
"İlk növbədə Sizə faktoloji məlumatları qeyd etmək istəyirəm. Həmin ərazi 2019-2020-ci illərdə müvafiq olaraq 102 və 165 hektar olmaqla şirkətə müqavilə əsasında uzunmüddətli icarəyə verilib. Məqsəd həmin ərazidə qoz bağının salınmasıdır. Qeyd edim ki, 2020-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kənd Təsərrüfatı ilə birgə proqramı da mövcuddur. Proqram məhsul bolluğunun yaranması, həmçinin yaşıllığın daha da çoxaldılmasına hesablanıb. Nəzərə almalıyıq ki, bu gün seyrək kolluqlardan ibarət meşəliklərin nə kənd təsərrüfatı, nə yaşıllıq, nə də karbon emissiyası cəhətdən böyük bir əhəmiyyəti yoxdur. Əksinə onlar müəyyən mənada təhlükə mənbəyidir. Böyük meşə sahələrində meydana gələn yanğınlar əsasən belə seyrək və yaşı ötmüş kolluqlardan qaynaqlanır. Bu baxımdan müqavilədə də məqsəd ondan ibarət olmuşdu ki, ərazi uzunmüddətli olaraq icarəyə verilsin, orada qoz bağları salınsın".
Xidmət rəisi bildirib ki, ilkin olaraq şirkət tərəfindən biznes plan təqdim olunub, nazirliyin mütəxəssisləri tərəfindən yerində baxış keçirilib və təbii ki, ərazidə olan az sayda ağaclara toxunulmaması şərti qoyulub.
"Təbii ki, bir neçə yüz hektarlıq ərazidə qoz bağı salınırsa, yaşı ötmüş, qurumuş kolluqların götürülməsi labüddür. Həmçinin qeyd edim ki, meşə fonduna bitişik ərazidə təxminən 100 hektara yaxın bələdiyyə ərazisi də var. Şirkət tərəfindən həmin ərazi də götürülüb və 400 hektara yaxın ərazidə işlər aparılıb.
Biz özümüz də yayılan xəritələrlə bağlı "Google Eart" proqramına daxil olaraq əraziyə baxdıq. 2018-2020-ci illərdə tam başqa mənzərələrdir. Belə olduğu halda mətbuata, sosial şəbəkələrə təhrif olunmuş məlumatların verilməsi anlaşılan deyil. 2020-cu ilin oktyabrında qeyd edilən ərazilərdə kolluqların təmizlənməsi işi dayandırılıb və keçən 10 ay ərzində orada iş aparılmayıb. Şumlama və qoz ağaclarının əkilməsi işləri indi həyata keçirilir. Belə olduğu halda 10 ay ərzində yaşıllığın azalması necə müşahidə edilə bilər?!
H.Əlizadə onu da qeyd edib ki, bütün görülən işlərdə ekoloji aspektlər nəzərə alınır, pozuntular baş verirsə tərəfimizdən cəza tədbirləri görülür. Əgər nöqsanlara yol verilibsə, onların aradan qaldırılmasına, günahkarların aşkarlanmasına tam hazırıq. Lakin təhrif olunmuş, saxta məlumatların yayılması, ucuz demaqogiyaya gedilməsi, hətta ictimaiyyəti itaətsizliyə dəvət edilməsi heç cür anlaşılan deyil.
Qeyd edək ki, Qusar rayonu ərazisində Qalacıq meşə sahəsinin 300 hektara yaxın ərazisinin məhv edilməsinə dair sosial şəbəkədə məlumatlar yayılıb.



Azərbaycanda yüksək vəzifəli şəxs cəzalandırıldı
Bu nazirliyin strukturunda dəyişiklik edildi
Azərbaycanda bu heyvanların ovlanmasına görə CƏRİMƏLƏR ARTIRILIR
Nazirlikdən sahibkarlara XƏBƏRDARLIQ
Gecə saatlarında 30-a yaxın ağac ekskavatorla məhv edildi - BAKIDA
ETSN “Beta” şirkəti ilə müqaviləyə xitam verir
ETSN alpakanın vəziyyəti barədə məlumat yaydı
Balıq ovu edənlərin DİQQƏTİNƏ
Bakı şəhərində ən çox çirklənən ərazi AÇIQLANDI
Baş nazirdən ETSN işçiləri ilə bağlı QƏRAR
Bakıdakı tüstünün SƏBƏBİ...
İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir - Nazirlik
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 