Azərbaycanda olan meşələrin mühafizəsi hər zaman Ekologiya və təbii Sərvətlər Nazirliyinin əsas hədəfidir və bu istiamətdə mütəmadi işlər görülür.
ONN media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.
Nazir müavini qeyd edib ki, meşələrin mühafizəsi ilə bağlı problemlər son zamanlar azalma istiqamətindədir:
“Problem təbii ki, hər zaman müşahidə olunur”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, meşələrin qırılması faktı hər zaman olub:
“Gələcəkdə belə hal olmayacaq zəmanətini kimsə verə bilməz. Maksimum dərəcədə çalışırıq ki, belə hallar olmasın. Son üç ilin statistikasına baxsaq meşə qırılma faktları 5 dəfəyə yaxın aşağı düşüb”.
Nazirlik rəsmisi eyni zamanda Lənkəranda “Beta Tea” şirkətinə icarəyə verilən ərazilərdə meşələrin qırılması faktı ilə bağlı məsələyə də toxunub:
“Ərazidə ağacların qırılması faktı araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Dərhal həmin gün iş dayandırıldı, ziyan hesablandı, akt protokol tərtib edildi. Proses iyulun 22-də başa çatacaq. Həmin vaxt yekun qərar qəbul ediləcək. Müqavilənin icrasına xitam verilməsinə başlanılıb”.(report)



Bu nazirliyin strukturunda dəyişiklik edildi
ETSN-da bu idarələr ləğv edildi
ETSN: 4 regional idarə rəisi işdən çıxarılıb
Meşələrin qanunsuz qırılmasına qarşı qəti mübarizə aparılacaq
Bu nazirliyin işçilərinin say həddi müəyyənləşdi - FƏRMAN
Topxana meşəsi bərpa ediləcək - RƏSMİ
Yeni Milli Meşə Proqramının ilkin layihəsi hazırlandı
Nazirlikdən meşə meyvələri ilə bağlı qalmaqallı qərara REAKSİYA
Azərbaycanda nazirlikdə yüksək TƏYİNAT
Meşələrdə YENİLİK
Baş nazirdən ETSN işçiləri ilə bağlı QƏRAR
ETSN əhaliyə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 