Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü əsasında "Karabakh is Azerbaijan!" Milli Platforması ilə birgə Ermənistan və Almaniya şirkətlərinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı zəhərli tullantılarla çirkləndirməsinə etiraz əlaməti olaraq xüsusi aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, pandemiya qaydaları çərçivəsində komitədə təşkil edilən aksiya zamanı könüllülər və platforma üzvləri öz şəxsi elektron ünvanlarından Avropanın müxtəlif ölkələrindəki parlamentarilərə, ABŞ konqresmenlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciət ediblər. Müraciətdə qeyd edilib ki, ekoterrora məruz qalan Oxçuçayın töküldüyü Araz çayı Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə təhlükəlidir. Ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qoşulmadığı və öhdəliklərdən yayındığı barədə ətraflı məlumat verilib.
Azərbaycanlı gənclər Qərb siyasətçilərini və beynəlxalq qurumları bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə, Ermənistan hakimiyyətindən öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyi tələb etməyə çağırıblar.
Aksiya zamanı Qərb siyasətçilərinin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində ümumilikdə 100 mindən artıq müraciət göndərilib. Eyni zamanda, sosial şəbəkələr üzərindən də 100-lərlə paylaşımlar edilib.



Ermənistan bu çayları qəsdən çirkləndirir – Ekoloq
Oxçuçayla bağlı "Cronimet" şirkətinə bəyanat göndərildi
Xocalı ilə bağlı xüsusi aksiya
Bu, Azərbaycanın ekologiyasına ziyan vurur - Sadiq Qurbanov
Oxçuçay problemi BMT-nin iclasında müzakirəyə çıxarıldı
ABŞ-da erməni terroruna qarşı aksiya keçirildi
İran Ermənistana XƏBƏRDARLIQ ETDİ
Ermənilər Oxçuçayı belə çirkləndirir - VİDEO
Böyük Britaniyada soydaşlarımız etiraz aksiyası keçirdi - FOTOLAR
Kürdə suyun səviyyəsinin artması ətraf rayonlara necə təsir edəcək? - AÇIQLAMA
Oxçuçayın çirkləndirilməsi beynəlxalq forumda qaldırıldı
Ermənistanın BMT-dəki səfirliyinin qarşısında aksiya
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 