2022-ci ilin iyuluna qədər Bolqarıstan-Yunanıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) ilə Azərbaycan təbii qazı Rumıniyaya çatdırılacaq.
ONN media xəbər verir ki, bunu Rumınıyanın energetika naziri Vircil Popesku bildirib.
Onun sözlərinə görə, Rumıniya üçün Azərbaycandan nəql ediləcək təbii qaza maraq, prinsipcə, sonda Qara dəniz şelfindəki layihələr üzrə əməliyyatların başlayacağı ilə bağlı nikbin ssenari çərçivəsində nəqliyyat haqları ilə əlaqəli olmalıdır:
“Rumıniyadakı qaz boru kəmərlərinin operatoru olan “Transqaz” şirkəti artıq yerli istehlakçılardan BRUA boru kəməri ilə çəkilən xərclərə görə ödəniş alır, baxmayaraq BRUA kəməri isə hələki boş qalır”.
V. Popesku bildirib ki, Sofiyada keçirilən Üç Dəniz Təşəbbüsü Sammitində iştirakı çərçivəsində Bolqarıstandakı həmkarı, bu ökənin energetika naziri Andrey Jivkov ilə işgüzar görüşü olub:
“Danışıqlarda iki dövlət arasında ikitərəfli münasibətləri gücləndirmək üçün gələcək fəaliyyətlər müzakirə edilib. Eyni zamanda yenilənə bilən enerji (hidro və dəniz küləyi) sahəsindəki gələcək investisiya layihələrində elektrik enerjisi ötürülməsi üçün əlaqənin artması haqqında müzakirələr aparılıb”.
Nazir qeyd edib ki, Bolqarıstan-Yunanıstan İnterkonnektoru 2022-ci ilin iyul ayına qədər istifadəyə veriləcək:
“Yunan limanlarından Azərbaycan qazının və mayeləşdirilmiş qazın BRUA-ya çatması üçün təminat artıq alınıb”.
Qeyd olunur ki, Rumıniya-Bolqarıstan interkonnektoru, eləcə də BRUA layihəsi Xəzər və Aralıq dənizlərindən, Yaxın Şərq və ya Mərkəzi Asiyadan təbii qaz mənbələrinin Mərkəzi və Qərbi Avropa bazarlarına inteqrasiyasını təmin edəcək.
BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.
Uzunluğu 1 318 km olan qaz kəmərinin Rumıniya ərazisindəki tikintisinin ümumi dəyəri 480 milyon avro təşkil edib. Qaz kəmərinin inşasına Avropa Birliyi 179 milyon avro, Avropa İnvestisiya Bankı 50 milyon avro kredit ayırıb. "Transqaz" şirkəti isə layihəyə 149 milyon avro vəsait xərcləyib.
Qeyd edək ki, Azərbaycan təbii qazı Rumıniyaya BRUA kəməri ilə nəql edilməsi gözlənilir.(report)



Qara və Xəzər dənizləri arasında yaşıl körpü qurula bilər
TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib
İlham Əliyev rumıniyalı naziri qəbul etdi - YENİLƏNİB
TANAP-ın ötürücülük qabiliyyətinin artırılması planları açıqlanıb
Berat Albayrak: Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir
Ərdoğandan Azərbaycanla bağlı VACİB QƏRAR
TAP layihəsi 85 faizdən çox icra olunub
Energetika naziri Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfəri ilə görüşüb
TANAP vasitəsilə sınaq qaz tədarükü başlayıb
Azərbaycandan Macarıstana qaz tədarükü ilin sonuna kimi başlayacaq
TAP ilin təbii qaz layihəsi mükafatına layiq görüldü
Əliyev və Ərdoğan TANAP-ı işə salacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 