Energetika naziri Pərviz Şahbazov Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovla görüşüb.
Energetika Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafında, xüsusilə də Bolqarıstanın qazla təchizatında “Cənub Qaz Dəhlizi” layihəsinin rolu və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Energetika naziri layihənin üzvü kimi Bolqarıstanın mövqeyini və Məşvərət Şurasının iclaslarında mütəmadi iştirakını yüksək qiymətləndirib. “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəməri” və TANAP layihələrinin uğurla reallaşdırıldığını və Trans-Adriatik (TAP) Boru Kəməri üzrə işlərin 75 faiz icra olunduğunu qeyd edən nazir Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) icra vəziyyəti ilə maraqlanıb. Energetika naziri Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisinin nəzərdə tutulan vaxtda başa çatdırılması ilə “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı və “Şahdəniz-2” qazının alıcısı Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi və tranzit rolununun təmin ediləcəyini bildirib.
Bolqarıstan səfiri Nikolay Yankov isə “Cənub Qaz Dəhlizi” və Azərbaycan qazının ölkəsi üçün mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun vaxtında istismara hazır olacağını deyən səfir Asiya və Avropa arasında enerji dəhlizinin inkişafını, Bolqarıstanın qaza olan tələbatının 40 faizini təmin edəcək və dekarbonizasiya tədbirlərinə töhfə verəcək bir layihənin reallaşması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.
Görüşdə həmçinin Bolqarıstanın qazlaşdırılması prosesində SOCAR-ın iştirakı, eləcə də regional məsələlərlə bağlı müzakirələr aparılıb.



TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib
TAP layihəsi 85 faizdən çox icra olunub
Elmar Məmmədyarov Bolqarıstanda nələri müzakirə edib?
Bolqarıstan Azərbaycana yeni səfir təyin etdi
Ərdoğandan Azərbaycanla bağlı VACİB QƏRAR
Energetika naziri ABŞ nümayəndə heyət ilə görüşüb
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng etdi
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
İlham Əliyevdən Rövnəq Abdullayevlə bağlı SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 