Energetika naziri Pərviz Şahbazov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüş olub.
ONN media xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əsasda enerji tərəfdaşlığının inkişafından, Enerji üzrə İşçi Qrupu çərçivəsində bütün istiqamətləri əhatə edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib.
Təbii qaz və “yaşıl enerji”nin tədarükü üzrə fikir mübadiləsi aparılıb. “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq Sazişi, “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR” ilə “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə”nin icra vəziyyəti nəzərdən keçirilib.
Məlumata görə, görüş zamanı Macarıstana qaz təchizatının ilin sonuna kimi başlanacağı bildirilib. Azərbaycandan Avropaya qaz tədarükünün artırılması üçün infrastrukturların inkişafı ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı Xəzər dənizində “yaşıl enerji”nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırması və digər zəruri tədbirlərlə bağlı geniş fikir mübadiləsi edilib.



Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Azərbaycan və Macarıstan arasında sənədlər imzalandı
Bakı və Brüssel arasında razılıq əldə olundu
Azərbaycan nə zaman Macarıstana qaz ixrac edə bilər?
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Rumıniya prezidenti Azərbaycana gələcək
Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
İlham Əliyev Bolqarıstanda açılışda iştirak edib
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
Baş nazir: "Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verirlər"
Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 