Ağcabədi rayonunun Hacılar kəndində əvvəllər bilinməyən xəzinə aşkarlandığı iddia olunur.
Yerli sakinlərin sözlərinə görə, hazırda kənd polis tərəfindən nəzarətə götürülüb və orada tədqiqat işləri aparılır.
Hər şey Vətən müharibəsi zamanı ermənilərin Hacılar kəndini dəfələrlə atəşə tutması və yerli sakinlərin evlərinə ziyan vurması ilə başladı. 53 yaşlı Tələt Quliyevə məxsus evə də ziyan dəydi. T.Quliyev Bakıda yaşayırdı və bu yay doğma kəndinə ata evini bərpa etmək üçün yollanıb.
Bir neçə gün əvvəl qazıntı işi apararkən yer altından sarı külçələr çıxıb. Kənd sakinlərinin sözlərinə görə, dərhal dövlət orqanları məsələ ilə bağlı məlumatlandırılıb.
“Məmurlar gəldi. Külçələrdən nümunələr götürüb laborator araşdırma üçün aparıldı. Hələlik heç bir məlumat yoxdur”, - deyə yerli sakinlər bildirib.
Tələt Quliyev söyləyib ki, kəndlərindən vaxtilə başlanğıcını Kəlbəcər dağlarından götürən çay axırmış: “Uşaqlıqda biz hətta həmin çayda çimirdik. Ancaq Qarabağdakı müharibədən bir müddət əvvəl çay qurudu. Ola bilər, axıntı bu külçələri həyətimizə gətirib. Onların qızıl olduğunu deyə bilmərəm, rəsmi məlumat hələ ki yoxdur”.
O əlavə edib ki, külçələrin tapıldığı ərazinin şəklini çəkmək dövlət orqanları tərəfindən qadağan edilib. T.Quliyevin sözlərinə görə, külçələrin qızıl olduğu təsdiqlənərsə, dəyərinin 25%-i ona veriləcək. (haqqın.az)



Canavarlar həyətlərə HÜCUM ÇƏKDİ
Gürcüstanda polislə yerli azərbaycanlılar arasında qarşıdurma
Ermənilər Tovuzun bu kəndini də atəşə tutmağa başladı
Zəngilanın "Ağıllı kənd"inə köçürülmə ilə bağlı AÇIQLAMA: 1400 nəfər...
Daha bir kənd koronavirusa görə nəzarətə götürüldü
Qaxda meşə YANIR
Erməni polisin oğlu Marneulidə azərbaycanlılara HÜCUM ETDİ
Ermənilər Qazaxın və Tovuzun kəndlərini atəşə tutudu
Çıraqlı yenə atəşə tutuldu
Ucarda kənd xəstəxanasından biyabırçı görüntü
Lerikdə ayı kəndə HÜCUM ETDİ
Şəki sakinləri QORXU İÇƏRİSİNDƏ: Qonur ayı...
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 