Azərbaycanda artıq pilot layihə olaraq 5 rayonda - Şəki, Zaqatala, Oğuz, Qax, Qəbələ rayonlarında meşələrdə müşahidə kameraları quraşdırılıb. Bu iş növbəti ildə də davam etdiriləcək.
ONN media xəbər verir ki, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
F.Əliyevin sözlərinə görə, kameraların hədəfi 1650 metrlik məsafədir və bu məsafədəki obyektləri aydın görmək mümkün olur:
"Kameralar daha çox insan müdaxiləsinin olduğu ərazilərdə quraşdırılıb. 5 kamera 20 min hektar ərazini əhatə edir, əsasən giriş-çıxışı nəzarətdə saxlayır. Kameralar bizə yanğın hadisələri barədə də qısa zamanda məlumat almağa yardım edəcək. Kameralar Günəş batareyası ilə, onlayn qaydada, 24 saat ərzində fəaliyyət göstərir".
F.Əliyev qeyd edib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi Aran rayonlarında yerləşir.
Azərbaycanda ekologiyanın qorunmasına xüsusi diqqət yetirildiyini deyən nazir müavini bildirib ki, bu il yalnız payız mövsümündə 1 milyona yaxın ağac əkilib.



Nazirlik 3 restoranı bağlatdırdı
Ölkədə meşələr çəpərə alınır
Türkiyə Emənistanla sərhəddə kameralar quraşdırdı
ETSN “Beta” şirkəti ilə müqaviləyə xitam verir
Hava xəbərləri ilə bağlı YENİLİK
DİN bina və obyektlərdə kameralar quraşdırır? – Rəsmi
Gürcüstan dövlət sərhədlərində "ağıllı kameralar" quraşdırır
Meşələrin qanunsuz qırılmasına qarşı qəti mübarizə aparılacaq
Avtobus zolağına gizli nəzarət olunur?
Nazirlikdən əhaliyə çağırış
Azərbaycanda yeni zavod fəaliyyətə başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 