Milli Məclisin 100 illiyinə həsr olunan iclasda Prezident İlham Əliyevin çıxışı tarixi əhəmiyyətli idi.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, dövlət başçısı çıxışında Azərbaycan Cümhuriyyəti və onun parlamentinin qurucuları haqqında dəyərli fikirlər səsləndirdi:
"Cənab Prezident çıxışında çox mühüm məsələlərə də toxundu. Dövlət başçısı həmişə olduğu kimi, bu dəfə də xüsusən Dağlıq Qarabağ probleminin həlli üzərində dayandı və çoxsaylı xarici qonaqların iştirakını nəzərə alaraq həm düşmən tərəfə, həm də beynəlxalq qurumlara çox ciddi mesajlar verdi. Dövlət başçısı düşmən tərəfi bir daha başa saldı ki, əgər Ermənistanın indiki rəhbərliyi də əvvəlkilər kimi sərsəm mövqe sərgiləsə, bunun axırı yaxşı olmayacaq. Onlar başa düşməlidirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Ancaq biz beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarımızı sülh yolu ilə azad etmək istəyirik. Lakin gedişat onu göstərir ki, Ermənistan konstruktiv mövqedən çox uzaqdır. Yəni onlar problemin sülh yolu ilə həllindən çox uzaqdırlar. Ermənistan işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil".
E.Məmmədov vurğulayıb ki, dövlət başçısı beynəlxalq qurumların bu məsələ ilə bağlı tutduğu mövqeyi haqlı olaraq tənqid etdi:
"Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər gücü var və biz buna nail olacağıq. Bunun üçün həm güclü hüquqi baza yaradılıb, həm güclü iqtisadiyyatımız var, həm də güclü ordusu var".



Millət vəkili: Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan ciddi böhran içərisindədir
İlham Əliyevin çıxışından sonra erməni mediası nələr yazdı?
İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq
Prezident elan etdi: Qarabağda müharibə...
"Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq" - Prezident
Əflatun Amaşov: Azərbaycan Ermənistana şans verdi
Bu, düşmənə bir mesajdır – Millət vəkili
Ayaz Mütəllibov Prezidentlə görüşündən danışdı: “Biz hər zaman bir olmalıyıq”
Dövlət başçısı hər zaman vətəndaşının yanındadır - Millət vəkili
İlham Əliyev: "Ermənistanı təcrid siyasəti davam etdiriləcək"
Prezident ermənilərə sərhəddən bu mesajı verdi
Arzu Nağıyev - Bu ərazilər daha çox minalanıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 