Daxili İşlər Nazirliyi Ağsu rayon Keçdiməz kəndində baş verən hadisələrlə bağlı məlumat yayıb.
ONN media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə gücləndirilmiş xidmət təşkil olunmuş və həmin əməlləri törədən şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilib.
Keçirilmiş tədbirlər nəticəsində yanğını törədən şəxsin özünü polisə zərərçəkmiş şəxs qismində təqdim edən Ümidvar Əzimzadə olduğu müəyyən edilib.
Saxlanılan Ü.Əzimzadə izahatında ailəsinin və yaxın qohumlarının ona qarşı soyuq münasibət bəslədiyinə görə onlara məxsus ünvanlarda yanğınlar törətdiyini, məqsədinin həmin şəxsləri qorxu içərisində yaşatmaq olduğunu bildirib.
Ü.Əzimzadənin əmisi oğlu Kamran Əzimzadə guya naməlum şəxs tərəfindən döyülməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı isə onun hər hansı bir fiziki təzyiqə məruz qalmadığı, özünün qəsdən bıçaqla geyimini yararsız hala saldığı məlum olub. Buna səbəb kimi isə baş verən hadisələrdən qorxduğunu və sakinlər tərəfindən gecələr ərazidə təşkil edilən növbətçilikdən yayınmaq olduğunu əsas gətirib.
Hazırda faktla bağlı Ağsu Rayon Polis Şöbəsində saxlanılan şəxslər ətrafında araşdırmalar davam etdirilir.



Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
Təhsil Nazirliyinin "əməkdaşı" həbs edildi
Tərtərdə əməliyyat - Saxlanılanlar var
Bakıda film kimi hadisə - Patrul avtomobilini vurdu, polisə xəsarət yetirdi
Göyçayda keçmiş məhkum yenidən tutuldu
Azərbaycanda ŞOK OLAY: Həbsxanadan çıxandan 15 dəqiqə sonra...
Bakı metrosunda əməliyyat - SAXLANILAN VAR
“Poz, qazan” lotereyalarını oğurlayan şəxs saxlanıldı
Bakıda müəmmalı qətl - Qatillər axtarılır
Polis postunda saxlanılan avtomobildə axtarış aparıldı
Şəhid atasının döyülməsi ilə bağlı DİN-dən açıqlama
Cəlilabadda silahlı şəxs saxlanıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 